Icma.az
close
up
RU
Ukrayna Bakıya mühüm mesaj verdi

Ukrayna Bakıya mühüm mesaj verdi

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin Ukraynanın sabiq prezidenti Viktor Yuşenko ilə görüşü çərçivəsində Azərbaycan liderinə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edilib. Bu barədə Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında paylaşım edilib.

Prezident İlham Əliyevə vəsiqəni Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev təqdim edib.

Ukrayna tərəfinin bu addımını necə qiymətləndirmək olar? 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a bildirib ki, Ukraynanın bu addımı Azərbaycan-Ukrayna münasibətlərinə verilən siyasi və simvolik önəmin növbəti göstəricisidir:

“Xüsusilə də “İrpin şəhərinin fəxri vətəndaşı” statusunun məhz Prezident İlham Əliyevə təqdim edilməsi adi protokol jestindən daha geniş məna daşıyır. İrpin Ukraynada müharibənin ən ağır izlərinin qaldığı şəhərlərdən biridir. Buna görə şəhərin fəxri vətəndaşlığının Prezident İlham Əliyevə verilməsi Azərbaycanın Ukraynaya müharibə dövründə göstərdiyi humanitar dəstəyə verilən qiymət kimi də qəbul edilə bilər. Azərbaycan 2022-ci ildən Ukraynaya humanitar və enerji yardımları göstərib və Bakı Ukraynanın ərazi bütövlüyünə dəstəyini dəfələrlə ifadə edib. Bu addım həm Azərbaycanın Ukraynaya müharibə dövründə göstərdiyi humanitar dəstəyin, həm də Bakı-Kiyev siyasi dialoqunun əhəmiyyətinin vurğulanmasıdır”.

Ç.Qənizadə qeyd edib ki, Azərbaycan-Ukrayna münasibətləri artıq yalnız siyasi bəyanatlar səviyyəsində qalmır, iqtisadi, enerji, humanitar və təhlükəsizlik istiqamətlərində də genişlənir:

“Prezident Volodimir Zelenskinin bu ilin aprelində Azərbaycana səfəri zamanı altı ikitərəfli sənədin imzalanması bunun göstəricilərindən biridir. Üstəlik, avqustun əvvəlində xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya səfəri zamanı Kiyev Azərbaycanla müharibədən əvvəlki ticarət dövriyyəsini bərpa etmək niyyətini açıqlayıb. Ona görə də Prezident İlham Əliyevə İrpin şəhərinin fəxri vətəndaşı statusunun verilməsini münasibətlərin dərinləşməsinə xidmət edən siyasi-humanitar jest kimi qiymətləndirmək olar. Bununla yanaşı, belə simvolik addımların əsas əhəmiyyəti onların gələcəkdə konkret əməkdaşlıq layihələri ilə tamamlanmasındadır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 Avqust 2026 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see286

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see275

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see253

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see249

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see241

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see236

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see235

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see223

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see211

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see210

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see210

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see207

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see202

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see186

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see165

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri