Icma.az
close
up
RU
Abxaziya çıxılmaz durumda Rusiya və Gürcüstan danışıqlara başlayır?

Abxaziya çıxılmaz durumda Rusiya və Gürcüstan danışıqlara başlayır?

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Globalinfo.az Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltanla müsahibəni təqdim edir:

– Sədrəddin bəy, məlum olduğu kimi, Abxaziyada vəziyyət bir qədər gərginləşib. Tez-tez aksiyalar keçirilir. Son məlumatlara görə, Abxaziyanın “prezident” Aslan Bjaniya istefa verib. Siz prosesi necə dəyərləndirirsiniz?

– Əvvəlcə gəlin, tarixə nəzər salaq. SSRİ dağıldıqdan sonra Abxaziya və Cənubi Osetiya Gürcüstandan ayrılmaq istiqamətində fəaliyyət göstərməyə başladı. Rusiyanın yardımı ilə hər iki muxtar respublika rəsmi Tbilisi ilə əlaqələri kəsdi. 2008-ci ilin avqustun 1-dən 12-nədək Gürcüstan Silahlı Qüvvələrinin Abxaziya və Cənubi Osetiya istiqamətində apardığı hərbi əməliyyat uğursuzluqla nəticələndi. Rusiya Gürcüstanı bu muxtar respublikaların ərazisindən çıxardı. Sonrakı mərhələdə hər iki “respublika” özünü Rusiyanın yardımı ilə müstəqil elan etdi. Abxaziya və Cənubi Osetiyanı beynəlxalq ictimaiyyət respublika kimi tanımır. Hər iki qondarma respublika ərazisində baş verən hadisələr beynəlxalq ictimaiyyət üçün legitim sayılmır. Qondarma Abxaziya respublikasının saxta prezidenti də legitim deyil.

– Ümumiyyətlə, orada baş verən hadisələr nədən ibarətdir?

– Bu hadisələr perspektivdə Rusiya-Gürcüstan, Abxaziyanın Avropa İttifaqı, eləcə də Gürcüstanla münasibətlərinə təsir göstərə bilər. Zahirən “respublika”da baş verənlər anti-Rusiya hadisəsidir. Çünki müxalifət Bjaniya hakimiyyətinin investisiya haqqında qəbul etdiyi qanuna qarşı çıxır. Hesab edirlər ki, bu qanun vasitəsilə rusiyalı iş adamları, Rusiya vətəndaşları Abxaziyada böyük torpaq sahələrinə malik ola bilər. Nəticədə onları geri qaytarmaq mümkün olmayacaq. Bir sözlə, Rusiyanın Abxaziya ərazisini ələ keçirəcəyini fikirləşirlər. Ona görə də bu qanunun qəbuluna qarşı müxalifət aksiyalar keçirdi. Sözügedən qanunun həyata keçirilməsinə çalışan isə Bijaniya idi. Ötən gün isə məlum oldu ki, Bjaniya və baş nazir istefa verib. İndi “respublika”ya vitse-prezident rəhbərlik edir. Növbəti addım seçkilərin keçirilməsidir.

– Rusiyanın prosesə münasibətini necə dəyərləndirirsiniz?

Sədrəddin Soltan

– Gürcüstanda keçirilən seçkilərdə Rusiya yönümlülərin qalib gəlməsi Tbilisi ilə Suxumi arasında münasibətlərin normallaşmasına təsir edə bilər. Ola bilər ki, bu məsələdə Rusiya da vasitəçilik etsin. İkincisi, Rusiya artıq Abxaziyanı saxlaya bilmir. Abxaziyada olmaq, onun turizim imkanlarından istifadə etmək, turistlərin regiona gəlişi problemlidir. Abxaziyaya turist kimi gedənlərin dünyanın digər ölkələrinə girişi qadağandır. Yəni Abxaziya turizmdən qazanc əldə etmək imkanından məhrumdur. Abxaziyanın kənd təsərrüfatından başqa hansısa sahəsi yoxdur ki, bundan istifadə edərək ölkə iqtisadiyyatını bərpa etsinlər. Rusiya da indiki halda Abxaziyanı əldə edə bilmir.

– Bu qondarma respublikanı növbəti mərhələdə nə gözləyir?

– Cənubi Osetiya və Abxaziyada eyni hərəkatın baş verməməsi, Abxaziyadakı hərəkata fərqli baxış sərgiləməyə imkan verir. Hesab edirəm ki, Abxaziyada qurulacaq yeni hakimiyyət ilk növbədə Tbilisi ilə münasibətləri bərpa etməyə çalışacaq. Çünki bu həm də Abxaziyanın indiki blokada vəziyyətindən çıxmasına yardım göstərə bilər. Bu tanınmayan respublikanın vətəndaşları da blokada halındadır. Onların pasportları Rusiya istisna olmaqla digər ölkələr tərəfindən tanınmır, dünyaya çıxışında müəyyən məhdudiyyətlər var. Yaxud da Rusiya pasportu əldə etməklə Abxaziya sakinliyindən çıxa bilərlər. Bu da Abxaziya üçün təhlükəlidir. Bütün hallarda regionda vəziyyətin dinc yolla həlli Tbilisi ilə münasibətləri normallaşdırmaqdan başlayır. Gürcüstan hakim partiyası seçkiqabağı kampaniya zamanı bəyan etmişdi ki, ölkənin ərazi bütövlüyü ilə bağlı məsələlərdən vazkeçməyəcəklər. Qarşı tərəflə suverenliyin bərpa olunması üçün danışıqlara hazır olduqlarını bildirmişdi. Bu istiqamətdə perspektivdə Rusiya və Gürcüstan arasında danışıqların aparılması mümkündür. Çünki Rusiya Gürcüstanı Qərbə meyillənməsinin qarşısını almaq üçün ilk növbədə onun ərazi bütövlüyünün təmin edilməsinə yardım göstərməlidir.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Noyabr 2024 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri