Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Makron çıxılmaz durumda: “Avropa İttifaqı bizi məhv edir”

Makron çıxılmaz durumda: “Avropa İttifaqı bizi məhv edir”

Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropanın bir sıra ölkələrində siyasi böhranlar 2025-ci ildə də davam edir. Xüsusən də Fransa və Almaniya ilə bağlı bədbin proqnozlar irəli sürülür, Avropa İttifaqının (Aİ) gələcəyi şübhə altına alınır. “Daxili eroziya blokun təməlini içəridən sarsıdır - populizm dalğası Avropada "birlik və tərəqqi eksperimentini" məhv edə bilər”. Bu iddia ilə nüfuzlu “The Hill” qəzeti çıxış edib.

Məqalədə qeyd edilib ki, xüsusilə Fransada vəziyyət gərginləşib. Emmanuel Makronun Fransasında mərkəzçi Fransua Bayrunun baş nazir təyin edilməsinə baxmayaraq, hakimiyyət hər iki cinahdan təhlükə altındadır. “Amansız ifrat sağçılar və qəzəbli ifrat solçular dövlətin praktiki idarə edilməsi ilə maraqlanmırlar. Onlar Makronun artıq kövrək gündəliyinə qarşı bir qoç kimi çıxış edirlər. Pensiya islahatları məqsədinə çatmayıb, büdcədə qarışıqlıq var və milləti kollektiv narahatlıq bürüyüb”, - deyə “The Hill” yazıb.

Fransanın üz qarası - Makron

Əslində Fransanın problemləri Almaniya ilə müqayisədə daha kəskindir, üstəlik dərin şəxsi xarakter daşıyır. Tez-tez təkəbbürlülükdə və özündən razılıqda günahlandırılan Makron ictimai narazılığın hədəfinə çevrilib. O, 2017-ci ilin mayında hakimiyyətə gəldikdən sonra çoxsaylı mübahisələrin mərkəzində olub və kobud səhvlərə yol verib. Bu hadisələr onun barəsində “ünsiyyətdə yöndəmsiz olan prezident” imicini formalaşdırıb. Fransa prezidenti Yelisey sarayında səfirlərin ənənəvi konfransından sonra da tənqidlərə məruz qalıb. Onun Afrikada Fransanın hərbi mövcudluğu ilə bağlı söylədikləri birmənalı qarşılanmayıb. Makron deyib ki, Afrika ölkələri uzun illər Parisin göstərdiyi xidmətlərə, Afrika sahili (Sahel) ölkələrinə göstərdiyi “dəstəyə” görə Fransaya təşəkkür etməyi unudublar. Prezident çıxışında fransız hərbi qüvvələrinin bəzi Afrika ölkələrindən qovulmasını fransız hərbi strukturunun yenidən formalaşması kimi təqdim edib. Afrika ölkələrinin bununla bağlı cavabı gecikməyib. Çad və Seneqal Makronun şərhlərini pisləyiblər, Fransa prezidentinin Afrikaya və afrikalılara qarşı hörmətsiz münasibəti əks etdirən çıxışından sonra dərin narahatlıqlarını bildiriblər. Seneqalın baş naziri Usman Sonko Fransa əsgərlərinin ölkəsindən çıxarılmasının Paris və Dakar arasında danışıqların nəticəsi olması ilə bağlı fikirlərə etirazını ifadə edib. O, sosial şəbəkələrdə fransız əsgərlərinin ölkədən getməsinin guya Parisin təklifi olması, eləcə də Fransa ordusunun mövcudluğunun yenidən təşkili ilə əlaqədar iddianı tamamilə səhv adlandırıb.

Fransanın özündə də solçular Makronun nitqini kəskin tənqid edərək onu yersiz, avtoritar və təkəbbürlü adlandırıblar.

“Avropa İttifaqı bizi məhv edir”

Makron son çıxışında bir dəfə də olsun vətəndaşlarının Aİ-dən narazılığına toxunmayıb. Halbuki, Fransanın Aİ-dən çıxması üçün keçirilmiş nümayiş iştirakçıları ittifaqın bayrağını cırıblar. Mitinq Parisin mərkəzində, Rumıniya səfirliyinin yaxınlığında, Sen-Dominik küçəsində keçirilib. “Vətənpərvərlər”in lideri Florian Filippo mitinqdə çıxış edərkən bildirib ki, 2025-ci il Fransanın nəhayət Aİ və NATO-dan çıxacağı il olmalıdır, çünki bu təşkilatlarla onun yolu bir deyil. Onun fikrincə, Aİ-yə üzvlük ittifaqa daxil olan bütün ölkələr üçün zərərlidir. Siyasətçi bu çərçivədə Rumıniyanı nümunə gətirərək qeyd edib ki, burada müstəqil namizəd Kelin Corceskunun qələbəsinə baxmayaraq, Konstitusiya Məhkəməsi dekabrın 6-da prezident seçkilərinin nəticələrini ləğv edib. Filippo məhkəmənin qərarının Aİ-nin göstərişi ilə qəbul edildiyini iddia edib. “Bu gün Aİ üzv ölkələrdə prezident seçkilərinin nəticələrini Rusiyanın müdaxiləsi bəhanəsi ilə ləğv edir. Onların həmişə bir bəhanəsi var. Eyni zamanda, ABŞ və Aİ-nin başqa dövlətlərin işlərinə real müdaxiləsini heç kim görmür”, - deyə Filippo vurğulayıb. “Aİ bizi məhv edir, biz onun buraxılmasına nail olmalıyıq”, - siyasətçi bildirib.

Fransızların 60 faizindən çoxu onu istəmir

Bütün bu faktlar Makronun sosial dayaqlarına da ciddi zərbə vurmaqdadır. Fransızların 60%-dən çoxu onun istefasını dəstəkləyir. Bunu Fransanın “Le Figaro” qəzetinin sifarişi ilə “Odoxa-Backbone” sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələri də sübut edir.

Respondentlərin 61%-i hazırkı dövlət başçısının istefasını istəyib, yalnız 28%-i onun vəzifədə qalmasını dəstəkləyib. Bundan əlavə, respondentlərin 62%-i Makronun prezidentliyini avtoritar kimi xarakterizə edib. Fransızların əksəriyyəti Fransua Bayrunun ilin sonuna qədər Baş nazir postunu saxlaya bilməyəcəyinə inanır. Respondentlərin 86%-i əmindir ki, Fransa prezidenti 2025-ci ildə yeni Baş nazir təyin etməli olacaq. Qeyd edək ki, yanvarın 2-3-də keçirilən sorğuda 1005 nəfər iştirak edib.

Görünən odur ki, Makron Fransası çox ciddi sınaqlar qarşısındadır. Problemlər artıq pik həddə çatıb. Həm xarici siyasətdə, həm də daxildə. ("Kaspi" qəzeti)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://publika.az
archiveBu xəbər 11 Yanvar 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see757

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see567

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see515

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see378

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see300

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see260

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see254

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see251

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see250

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see237

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see233

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see229

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see212

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see203

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see197

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see189

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see187

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri