Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Ukrayna BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) çərçivəsində İqlim Klubu Qlobal Platformasına (“Climate Club Global Platform”) qoşulub.
Bakıvaxtı.az xəbər verir ki, İqlim Klubu Qlobal Platforması yüksək emissiyalı sənaye sahələrinin dekarbonizasiyasını sürətləndirmək və inkişaf etməkdə olan ölkələrdə sıfır və aşağı emissiyalı sənaye inkişafını dəstəkləmək məqsədilə yaradılıb.
Platforma beynəlxalq əməkdaşlıq, maliyyə və texnologiyanın dəstəyi ilə həmin ölkələrin sıfır və aşağı emissiyalı sənaye təcrübələrinə keçidini asanlaşdıracaq.
Platformanın əsas məqsədi dəstəyə ehtiyacı olan ölkələri beynəlxalq investorlarla əlaqələndirmək və onların müasir texnologiyalara çıxışını təmin etməkdir. Ukraynanın bu təşəbbüsdə iştirakı ölkənin yaşıl bərpa prosesinə beynəlxalq tərəfdaşların dəstəyini cəlb etməyə imkan yaradacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 19 Noyabr 2024 09:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















