Ukrayna Dağıstana HÜCUM ETDİ, Rusiyanın 7 vilayətinə HAVA HÜCUMU
Icma.az, Tribuna saytına istinadən bildirir.
Gecə saatlarında Rusiya regionları üzərində Ukraynaya məxsus 70 pilotsuz uçuş aparatı (PUA) məhv edilib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, Rostov vilayətində 27, Volqoqrad vilayətində 25, Astraxan vilayətində 7, Voronej vilayətində 5, Belqorod vilayətində 4, Kursk vilayətində 2 PUA vurulub.
Rusiyanın Vladiqafqaz, Qroznı və Mahaçqala hava limanlarının fəaliyyətinə məhdudiyyət tətbiq edilib. Bu barədə “Rosaviasiya”dan məlumat verilib.
“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Vladiqafqaz, Qroznı və Mahaçqala hava limanlarında təyyarələrin enişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, – məlumatda deyilib.
Dağıstan respublikasının Kaspiysk şəhərinə PUA hücumu edilib.
Axar.az xəbər verir ki, bu barədə respublikanın rəhbəri Sergey Melikov məlumat yayıb.
“Bu gün səhər saatlarında Kaspiyskdə pilotsuz uçuş aparatları görünüb. Onların zərərsizləşdirilməsi üçün bütün lazımi tədbirlər görülür. Hazırda dağıntı və tələfat qeydə alınmayıb”, – Melikov bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 03 Fevral 2025 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















