Icma.az
close
up
RU
Ukrayna daha bir ciddi problemlə üzləşir

Ukrayna daha bir ciddi problemlə üzləşir

Icma.az, Reyting.az saytına istinadən bildirir.


Ukraynanın əhalisi sürətlə azalır. Bu, ölkənin iqtisadi sağlamlığına, siyasi sabitliyinə, etnik tərkibinə və gələcəkdə müharibə aparmaq qabiliyyətinə ciddi təsir göstərə bilər.
Reyting.az
xəbər verir ki, bu barədə “Vaşinqton Post” yazıb.
Hesablamalara görə, bu gün Ukrayna əhalisi, o cümlədən Rusiyanın işğal etdiyi ərazilərlə birlikdə 36 milyondan bir qədər azdır. Eyni zamanda, bu rəqəmlər təxminidir və çox aşağı da ola bilər.
“Demoqrafik tendensiyalar davam edərsə, Ukrayna əhalisinin əsrin ortalarına qədər təxminən 25 milyon, 2100-cü ildə isə cəmi 15 milyon olacağı gözlənilir”, - deyə “Vaşinqton Post” qeyd edib.
Xatırlanır ki, hələ müharibədən əvvəl Ukraynanın demoqrafik göstəriciləri dünyada ən pisləri sırasında olub. 2001-ci ildə Ukraynada bir qadına orta hesabla 1,1 uşaq qeydə alınıb ki, bu da 2,1 “əvəzetmə nisbətindən” xeyli aşağıdır. Sonrakı illərdə rəqəmlər yaxşılaşsa da, müharibə başlayıb.
“Doğum əmsalı 1,0-dan aşağı düşüb”,- BMT-nin Ukraynadakı Əhali Fondu iyul ayında öz saytında yazıb.
Kiyevdəki Ana və uşaq reproduktiv tibb klinikasının reproduktiv mütəxəssisi Vitali Radko deyir ki, əhalinin uşaq sahibi olmalı, ailə qura bilən hissəsi xeyli azalıb.
Onun sözlərinə görə, çoxlu sayda “reproduktiv yaşda olan qadınlar” Ukraynadan kənarda yaşayır, kişilər isə “ölüblər, döyüşürlər, yaralanıblar və ya ölkədən gediblər”.
“Üstəlik, qalanlar, bəziləri stress keçirir, bəziləri iqtisadi durğunluq, yoxsulluq içindədir. Və hər kəs indi ailə həyatı qurmaq istəmir və ya buna hazır deyil”, - o deyib.
Daha əvvəl Demoqrafiya və Həyat Keyfiyyəti Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini Aleksandr Qladun bildirmişdi ki, Ukraynanın nəzarətində olan ərazilərdə ümumilikdə 29 milyona yaxın insan yaşayır.
Həmin institutun direktoru Ella Libanova bəyan edib ki, bütün ukraynalı qaçqınların evlərinə qayıtması belə, Ukrayna əhalisinin azalması tendensiyasını dəyişməyəcək.
V. QULİYEV
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://reyting.az
archiveBu xəbər 27 Fevral 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see361

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see332

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see326

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see270

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see257

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see248

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see236

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see232

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see229

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see225

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see222

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see220

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see216

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see203

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see194

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see186

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see185

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see177

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see177

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri