Icma.az
close
up
RU
Ukrayna diplomatik mövqeyini sərtləşdirir ŞƏRH EDİLDİ

Ukrayna diplomatik mövqeyini sərtləşdirir ŞƏRH EDİLDİ

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Rusiya-Ukrayna cəbhəsində hazırda yaşananlar əvvəlki dövrlərdə olduğu kimi qeyri-müəyyən şəraitdə davam edir. Yəni müharibənin nəticəsini dəqiq proqnozlaşdırmaq hələ də mümkün deyil. Çünki cəbhədə vəziyyət vaxtaşırı dəyişir. Məsələn, Rusiya müəyyən müddət ərzində üstünlüyü ələ alır, ardıcıl ağır zərbələr endirir və müəyyən irəliləyişlər əldə edir. Bu zaman Ukrayna tərəfi həm canlı qüvvə, həm texnika, həm də ərazi baxımından itkilər verir. Lakin bir müddət sonra Ukrayna yeni dəstək alır, əlavə texnika və maddi-texniki imkanlar əldə edir. Nəticədə cəbhə xəttində vəziyyət yenidən dəyişir və Ukrayna müəyyən qədər geriliyi aradan qaldıra bilir".

Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.

Onun sözlərinə görə, buna görə də hazırda cəbhədə vəziyyət hələ də qeyri-müəyyən olaraq qalır: "Nə Rusiya tam gücü ilə əməliyyatlarını həyata keçirə bilir, nə də Ukrayna təslim olacaq qədər zəifləyib. Hər iki tərəf müharibənin ilk günlərində olduğu kimi mübarizəni davam etdirir.

Xüsusilə ABŞ-ın İran ətrafında həyata keçirdiyi son əməliyyatların gözlənilən nəticəni verməməsi Vaşinqtonu yenidən Şərqi Avropaya daha çox diqqət ayırmağa sövq edə bilər. Çünki ABŞ-da seçkilər yaxınlaşdıqca administrasiya müəyyən uğursuzluqları kompensasiya etməyə çalışacaq və Ukrayna cəbhəsi bunun üçün əlverişli istiqamətlərdən biri ola bilər. Ukraynaya hərbi və texniki dəstəyin artırılması vasitəsilə ABŞ həm də daxili auditoriyaya Ukraynanın müdafiəsinə töhfə verdiyini nümayiş etdirməyə çalışa bilər.

Digər tərəfdən, Qərbi Avropa dövlətləri də Ukraynanın tam məğlubiyyətinə və Rusiyanın daha da güclənməsinə razı olmayacaqlar. Çünki bu, Avropanın təhlükəsizliyi məsələsinə çevrilə bilər. Rusiyanın Rumıniya ilə bağlı müzakirələrə səbəb olan addımları da Avropa ölkələrinə bir daha göstərdi ki, Rusiyanın həddindən artıq güclənməsi gələcəkdə daha geniş təhlükələr yarada bilər.

Bu səbəbdən Avropa dövlətləri çalışacaqlar ki, Rusiya Ukrayna müharibəsində daha da güclənməsin və onun hərbi potensialı Ukrayna sərhədlərini aşacaq səviyyəyə çatmasın. Bütün bunlar onu deməyə əsas verir ki, bir müddət əvvəl vəziyyət Rusiyanın xeyrinə dəyişirmiş kimi görünsə də, hazırkı mərhələdə müəyyən amillər Ukraynanın xeyrinə işləyə bilər.

Diqqət yetirsək, görərik ki, Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı həm ABŞ-da, həm də Avropada səslənən bəzi tənqidlər əvvəlki dövrlərlə müqayisədə azalıb. Artıq onun legitimliyi məsələsi əvvəlki qədər gündəmdə deyil. Halbuki bir müddət əvvəl ABŞ-da və bəzi Avropa ölkələrində bu məsələ geniş müzakirə olunurdu.

Bütün bunlar onu göstərir ki, yaxın dövrdə sülh və ya atəşkəs ehtimalı daha da azala bilər. Əksinə, Ukrayna əlverişli şərait yarandıqca işğal olunmuş ərazilərini geri qaytarmağa çalışacaq və diplomatik mövqeyini daha da sərtləşdirəcək. Rusiya isə öz növbəsində hesab edir ki, onun maraqlarına uyğun olmayan hər hansı razılaşma beynəlxalq nüfuzuna və təsir imkanlarına ciddi zərbə vura bilər. Buna görə də Moskvanın asanlıqla geri addım atacağı gözlənilmir.

Bu amillər onu deməyə əsas verir ki, Ukrayna cəbhəsində hərbi əməliyyatlar davam edəcək və hətta daha da intensivləşə bilər. Tərəflər üstünlük qazanmaq üçün qarşılıqlı şəkildə daha ciddi zərbələr endirməyə çalışacaqlar. Yaxın aylarda Ukrayna cəbhəsində yeni hərbi fəallığın şahidi olmağımız mümkündür".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 İyun 2026 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri