“Ukrayna heç bir ölkəyə onun adından Putinlə danışıqlar aparmasına icazə verməyəcək” Zelenski AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Heç bir ölkə və ya dünya lideri Ukrayna adından Rusiya ilə danışıqlar aparmaq hüququna malik deyil. Ukrayna heç bir ölkəyə onun adından Putinlə danışıqlar aparmasına icazə verməyəcək”.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Le Parisien” nəşrinə müsahibəsində deyib.
O, qeyd edib ki, Kremllə istənilən dialoq o halda mümkündür ki, ortada razılaşdırılmış bir fəaliyyət planı olsun və Ukrayna güclü mövqedən çıxış etsin.
Zelenski vurğulayıb ki, Ukrayna öz gələcəyini özü müəyyənləşdirir və heç bir başqa millətin və ya siyasi liderin şərtləri diktə etmək hüququ yoxdur.
Ukrayna lideri həmçinin Rusiya tərəfi ilə istənilən dialoq üçün ədalətli şərait yaradacaq sülh planının yaradılmasının vacibliyini qeyd edib. O, bildirib ki, Ukrayna kifayət qədər güclü, həmçinin beynəlxalq tərəfdaşların dəstəyinin zəmanəti olacağı təqdirdə sülhə nail olmaq mümkün olacaq.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 18 Dekabr 2024 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















