Icma.az
close
up
RU
Ukrayna iki yol ayrıcında: Ya kapitulyasiya, ya da Azərbaycan təcrübəsindən istifadə etmək

Ukrayna iki yol ayrıcında: Ya kapitulyasiya, ya da Azərbaycan təcrübəsindən istifadə etmək

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna ilə Rusiya arasında münaqişə davam etsə də, son günlər tərəflər arasında atəşkəs imzalanması mövzusu geniş müzakirə olunur. Düzdür, mayın 16-da İstanbulda Rusiya və Ukrayna prezidentləri arasında planlaşdırılan görüş Vladimir Putin Türkiyəyə gəlmədiyi üçün baş tutmadı, amma Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə danışıqların ikinci raundunun olacağını, memorandum üzərində işin Moskva tərəfindən artıq qabaqcıl mərhələdə yer aldığını diqqətə çatdırıb. Rusiyalı baş diplomat hətta Ukraynanın da Rusiya ilə danışıqların ikinci mərhələsinin olacağını təsdiqlədiyini deyib.

Maraqlıdır iki, bu açıqlamaya paralel olaraq, Ukraynanın Britaniyadakı səfiri, ölkənin sabiq baş komandanı Valeri Zalujnı Ukraynanın 1991-ci il sərhədlərinə dönməsi ilə bağlı ümidləri "möcüzə gözləmək" adlandırıb.

Məsələnin digər tərəfi isə Birləşmiş Ştatlarla, daha dəqiq desək, Tramp administrasiyası ilə bağlıdır. Çünki müharibəni qısa müddətdə bitirəcəyini deyən Tramp hələ də buna nail olmayıb və itirilən nüfuzunu bərpa etmək, həm də ABŞ-nin iqtisadi maraqları naminə atəşkəs ona da hava-su kimi lazımdır. Çünki Ukrayna ilə imzalanan təbii sərvətlər haqqında sazişin icrası üçün qarşıdurmanın sona çatması labüddür. Trampın həm də Rusiyanın mövqeyindən çıxış etməsi də atəşkəslə bağlı gözləntiləri artırıb. Lakin sadalanan məqamlara nəzər salsaq, bu gözlənti atəşkəsdən daha çox, Ukraynanın kapitulyasiyası kimi də qələmə verilir. Son günlər Rusiyanın Kiyevə qarşı dron hücumlarını intensivləşdirməsi də bu düşüncələri artırır.

Bəs belə olan halda Ukrayna kapitulyasiya aktına imza atacaq, yoxsa tərəflər arasında atəşkəslə bağlı razılaşma əldə ediləcək?

"Qafqaz" Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi elmlər doktoru Araz Aslanlı mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandırıb. Bildirib ki, gedişat kapitulyasiyadan daha çox, atəşkəsin olacağına ümid verir:

- Lakin müharibə başlayanda Ukraynada müharibə tərəfdarı olanların və Qərbdən Kiyevə sərt şəkildə dəstək verənlərin düşündükləri nöqtə bu deyildi. Düzdür, Ukrayna əraziləri işğala məruz qalan tərəf kimi haqlı dövlətdir, amma geosiyasi reallıqlar və böyük güclərin regiona dair yanaşmasının vəziyyəti bu həddə gətirəcəyi aydın idi. Amma onu da unutmaq olmaz ki, Ukraynanın ərazilərini itirməyə başlaması 2022-ci ildə olmayıb, hər nə qədər Qərb bu reallığı pərdəarxasına keçirməyə çalışsa da, bu itkilər Krımın ilhaqı ilə başlayıb. Rusiyanın Qara dəniz boyunca bundan daha irəli getməsinin qarşısını kəsən isə nə Ukrayna olub, nə də Qərb, Rusiyanın bu istiqamətdə hegemonluğuna qarşı çıxan Türkiyə olub. Ankara bunu qəbul etməyəcəyini bildirdiyi üçün Moskva daha da irəli getməmişdi.

Amma bu gün gəldiyimiz nöqtə Zelenskidən də əvvələ dayanır. Çünki Varşava paktı dağılanda guya NATO-nun zəifləyəcəyi deyilsə də, ittifaq, tam əksinə olaraq, mərhələli şəkildə Rusiyaya doğru genişləndi. İkinci Dünya müharibəsindən sonra isə Rusiyada belə bir yanaşma formalaşmışdı ki, Rusiya öz sərhədlərini sərhəddə qoruya bilməz. Çünki bunu edəndə ya Napoleon Fransası, ya da faşist Almaniyası Moskvanın ətrafına çatmışdı. Bu, Moskva üçün milli təhlükəsizlik strategiyasıdır. Ona görə də Rusiyadan sonra neytral dövlətlər olmalıdır. Bu baxımdan, Rusiya ilə həmsərhəd ölkə düşmən də olsa, neytral qalmalıdır. Düzdür, bu, müasir beynəlxalq hüquq nöqteyi-nəzərdən doğru deyil, çünki dövlətlərin müstəqil qərar vermək hüququ var. Amma Rusiya beynəlxalq hüquqdan yox, real siyasətdən yola çıxır. Onun qonşuluğunda olan ölkə də bu reallığı müəyyən dərəcədə nəzərə almalıdır. Ukrayna bunu nəzərə almadığı üçün, beynəlxalq hüquq cəhətdən haqlı olsa da, real siyasətdə hücuma məruz qaldı.

- Hücumun indiki vəziyyətlə nəticələnəcəyi əvvəldən məlum idi?

- Ukrayna bunu bir il əvvəldən də başa düşmüşdü ki, nəticə indiki kimi olacaq. Amma o zaman atəşkəsə getmək Kiyev üçün psixoloji cəhətdən çətin idi. Elə ondan sonra da atəşkəs üçün hazırlıq dövrü başladı. İki tərəf də hədəflərini yüksək tutmağa çalışdı ki, qarşı tərəfin gözündə güzəşt verən tərəf kimi görünsün, daxildə isə hər iki cəmiyyəti inandırmağa çalışsınlar ki, bundan artıq davam etməyin mənası yoxdur.

İki aydır ki, bu söhbət geniş müzakirə mövzusuna çevrilib və hər iki tərəf də "davam etməyin mənası yoxdur" deyir. İki tərəfin cəmiyyətləri də bunu qəbul edirlər. Lakin Rusiyadan fərqli olaraq, Ukraynada buna daha aqressiv etiraz edən təbəqə olacaq. Rusiyada bu, bufer zona yaratmaq əməliyyatı olduğu üçün daxildə xüsusi bir etiraz olmayacaq. Amma bu, kapitulyasiya aktı da olmayacaq. Ukraynada buna "atəşkəs imzala, özünü toparla, Azərbaycan təcrübəsindən istifadə etməyə çalış və məqam yetişəndə ərazilərini azad et" düşüncəsi ilə yanaşacaqlar. Rusiya isə buna mane olmaq istəyir. Yəni atəşkəs Ukraynanın növbəti müharibəyə hazırlaşmasına xidmət etməməlidir. Ona görə də Moskva imzalanacaq sənəddə bununla bağlı konkret müddəalar istəyir.

- Bu müddəalar sənəddə yer alsa, lakin Ukrayna yenidən silahlanmağa çalışsa, Rusiyanın cavabı necə olacaq?

- Belə bir situasiya yaransa, Rusiya buna göz yummayacaq.

- Atəşkəs sülhlə nəticələnə bilər?

- Atəşkəsin yaxın və orta mərhələdə sülhlə nəticələnəcəyi ehtimalı çox zəifdir. Bunun da Ukrayna üçün birinci pis tərəfi ərazi itirməsi, ikinci pis tərəfi isə ABŞ ilə imzaladığı razılaşmadır. Ukraynanın yaxın və orta mərhələdə inkişaf yolundan daha çox, resurs itirərək hərbiləşməyə, aqressivləşməyə meyilli dövlət yolu olmaq ehtimalı daha yüksəkdir.

- Azərbaycan təcrübəsinə toxundunuz. Azərbaycan, həqiqətən də, özünəməxsus təcrübə formalaşdırıb və beynəlxalq münasibətlər sistemində də bu təcrübə nümunə olaraq göstərilir. Bəs Ukrayna bu təcrübədən yararlana və uğurlu ola bilər?

- Azərbaycanın yaratdığı təcrübədən yararlanmaq üçün uzunmüddətli strategiya lazımdır, Azərbaycanın etdiyi kimi. Məsələn, Amerika Birləşmiş Ştatları üçün hər hansı bir ölkədə iqtidarın ona yaxın olması vacib deyil. Həmin iqtidar başqa bir ölkəyə də yaxın ola bilər, ABŞ üçün vacib odur ki, həmin hakimiyyət müstəqil olmasın ki, ondan istifadə etmək də mümkün olsun. Rusiyada bunun əksidir. Moskva istəyir ki, qonşuluqdakı ölkə onun nəzarəti altında olsun. Amma onun nəzarətində olmayıb müstəqil də ola bilər, yetər ki, başqa bir ölkəyə, məsələn, Birləşmiş Ştatlara yaxın olmasın.

Azərbaycan bunu yaxşı dəyərləndirdi və müstəqil kursa yönəldi. Gürcüstan və Ukrayna hesab etdilər ki, NATO ilə müttəfiqlik sığortadır. Qərar vermək asan olsa da, praktikada arzuolunan nəticə əldə edilmədi. Azərbaycanın tutduğu mövqedə isə qərar vermək və icra etmək çətin idi, amma uğurlu oldu. Yəni heç kimin nəzarəti altında olmursan, müstəqil siyasət yürüdürsən, iki tərəfin də müqavimətini qırır və inandırırsan. Qərar vermək və icra etmək çətin olsa da, nəticəyönümlüdür. Azərbaycan çox doğru olaraq mərhum prezident Heydər Əliyevin vaxtında bu yolu seçdi, Prezident İlham Əliyev də bu kursu davam etdirdi. Nəticə də göz qarşısındadır.

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 May 2025 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see247

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see245

Sahibkar obyekti qanunsuz şəkildə genişləndirib dövlətdən gizlətməyə çalışdı; vətəndaşlar İFŞA ETDİ FOTO

24 Noyabr 2025 20:56see206

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see200

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see168

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see155

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see149

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see148

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see146

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see140

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see136

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see133

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see133

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24 Noyabr 2025 21:12see129

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see128

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see127

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see127

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see123

ABŞ Maduronu terrorçu elan etdi

25 Noyabr 2025 03:32see123

Orban: “Aİ Ukrayna müharibəsinin davamını istəyir, amma Kiyevə verəcək pulu yoxdur”

25 Noyabr 2025 02:52see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri