Ukrayna ilə ABŞ arasında faydalı qazıntılar sazişi yenidən təxirə düşür?
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
Ukrayna və ABŞ arasında faydalı qazıntılar üzrə yekun və tam razılaşdırılmış sazişin 26 apreldə imzalanması ehtimalı aşağıdır.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak teleqram kanalında yazıb.
“Ola bilər ki, 26 aprel tarixinə tam razılaşdırılmış sənəd hazır olmasın. Yəqin ki, yalnız siyasi hissə təqdim olunacaq. Halbuki son hadisələr fonunda məhz bu hissə ən çox suallar doğurur”, – deyə o bildirib.
Deputat qeyd edib ki, faydalı qazıntılar üzrə saziş üzərində iş ümumilikdə müsbət istiqamətdə gedir.
Xatırladaq ki, sözügedən sazişin imzalanması ilkin olaraq 28 fevralda baş tutmalı idi, lakin həmin gün prezident Volodimir Zelenski ilə ABŞ lideri Donald Tramp arasında Ağ Evdəki görüşdə yaşanan gərginlik səbəbindən imzalanma mərasimi ləğv edilmişdi.
Aysel Əliyeva
Globalinfo.az


