Icma.az
close
up
RU
Ukrayna ilə bağlı London görüşü bu tarixdə keçiriləcək

Ukrayna ilə bağlı London görüşü bu tarixdə keçiriləcək

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Vladimir Zelenski Londonda keçiriləcək danışıqların 23 aprel tarixində başlanacağını təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, Zelenski bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerlə telefon danışığından sonra sosial şəbəkə platforması “X” üzərindən paylaşım edib.

O, Kiyevin danışıqlarda qeyd-şərtsiz atəşkəsə nail olmağa çalışacağını deyib.

“Bu çərşənbə günü nümayəndələrimiz Londonda işləyəcək. Danışıqlarda Ukrayna, Böyük Britaniya, Fransa və ABŞ iştirak edəcək”, – Zelenski bildirib.

“RBC-Ukrayna” agentliyinin məlumatına görə, Ukrayna nümayəndə heyətinə Prezident Aparatının rəhbəri Andrey Yermak, onun müavini Pavel Palisa, xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rüstəm Umerov daxil olacaq. Eyni heyət daha əvvəl Səudiyyə Ərəbistanında keçirilmiş danışıqlarda da Kiyevi təmsil etmişdi.

“The Wall Street Journal” qəzetinin məlumatına əsasən, Londondakı görüşdə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff da iştirak edəcək. ABŞ tərəfdən həmçinin dövlət katibi Marko Rubio və Ukrayna üzrə xüsusi nümayəndə Kit Kellogun da qatılacağı gözlənilir. Nəşr qeyd edir ki, əgər Vaşinqton, Avropa və Kiyev arasında ortaq mövqe formalaşarsa, Uitkoff Rusiyaya səfər edə bilər.

Xatırladaq ki, aprelin 17-də Parisdə Ukrayna ilə Qərb ölkələrinin nümayəndələri arasında keçirilən görüşdə ABŞ Kiyevlə bağlı sülh tənzimlənməsinə dair ilkin təkliflərini təqdim etmişdi. “Bloomberg” agentliyinin məlumatına əsasən, bu təkliflər sırasında Ukraynanın NATO-ya üzvlüyü məsələsinin gündəmdən çıxarılması və Rusiyaya qarşı sanksiyaların yumşaldılması da var idi. Həmçinin ABŞ layihəsinə əsasən, hazırda Rusiya tərəfindən azad olunmuş ərazilərin Moskvanın nəzarətində qalması nəzərdə tutulur.

Aysel Əliyeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Aprel 2025 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri