Icma.az
close
up
RU
Rusiya Ukrayna müharibəsi: London görüşü nə vəd edir?

Rusiya Ukrayna müharibəsi: London görüşü nə vəd edir?

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

4 ildən çox davam edən Rusiya-Ukrayna müharibəsinin həlli yönündə görüşlər davam edir. Bu istiqamətdə Ukrayna Prezidenti Volodemir Zelenskinin Avropa üçlüyünün (Almaniya, Fransa və Böyük Britaniya) liderləri ilə Londonda görüşü baş tutub. Sözügedən görüşdən sonra Avropa üçlüyünün liderləri münaqişə ilə bağlı bəyanat yayıb.
Bəyanatda müharibəyə son qoymaq üçün Rusiya ilə danışıqlarda avropalıların və ABŞ-nin fəal iştirakına çağırış vurğulanıb, eləcə də bu prosesdə Avropanın mühüm rol oynamalı olduğu qeyd edilib.
Bəyanatdan sonra proseslər necə inkişaf edəcək və Rusiya-Ukrayna müharibəsinin həllinə necə təsir göstərəcəkmi?

“Ukrayna ətrafında gedən sülh səyləri dərin köklərə malik deyil”

Politoloq Tofiq Abbasov “Xalq Cəbhəsi”nə deyib ki, Ukrayna ətrafında gedən sülh səyləri bir o qədər də dərin köklərə malik deyil: “Çünki əslində müharibənin uzanmasının səbəbi məhz elə Qərbi Avropanın Rusiyanı zəiflətmə planıdır. Biz elə Ukrayna prosesləri kontekstində görürük ki, bu istəklər, verilən bəyanatlar, hətta əldə olunan razılaşmalar çox kövrəkdir, müvəqqəti bir mahiyyətə malikdir”.
T.Abbasov söyləyib ki, ona görə də burada əsas məsələ ondan ibarətdir ki, ilk növbədə Avropa üçlüyü həqiqətən də sülh sazişinə sadiqlik göstərsinlər, dedikləri fikirlərə əməl etsinlər, səsləndirdikləri şüarları kağız üzərində yox, həm də əməllərdə təsdiqləsinlər: “Çünki məhz elə biz Donald Trampın da bu məsələlərə münasibətini gördük. Tramp bu müharibəni mütləq dayandırmaq lazım olduğunu deyir, ancaq ABŞ-nin səsini eşidən yoxdur. Daha doğrusu, eşidirlər, amma qulaqardına vururlar. Bu baxımdan da hesab edirəm ki, məhz elə London, Paris və Berlin gərək ilk növbədə həqiqi maraq göstərsinlər ki, artıq bu prosesdə sülh üçün bir zəmin yaransın. İlk növbədə dəstəyi dayandırmaq lazımdır ki, onlar Ukraynaya silah-sursat verməsinlər”.
Politoloqun sözlərinə görə, digər tərəfdən də Rusiyaya ciddi bir şəkildə müraciət edilməlidir ki, artıq qərar qəbul olunub və bu müharibənin mahiyyəti əhəmiyyət daşımır, o baxımdan ki, nə Rusiya uduzacaq, nə də Ukrayna: “Yəni faktiki olaraq nə hərb, nə sülh vəziyyəti olacaq. Əksinə, elə bir imkanlar yarana bilər ki, artıq Moskva və Kiyev özləri bir razılığa gəlsinlər. Hesab edirəm ki, bunun üçün imkanlar var. Əgər bu üçlük belə bir qərar qəbul edibsə, onda gərək özləri də ilk növbədə özlərinin niyyətlərini, maraqlarını təsdiqləsinlər”.

Savaşın durdurulması yönündə növbəti cəhd

Politoloq Oqtay Qasımov qeyd edib ki, Böyük Britaniya, Almaniya və Fransa liderlərinin yaydığı bəyanat Ukraynada savaşın durdurulması ilə bağlı növbəti bir cəhd kimi dəyərləndirilməkdədir: “Amma nəzər alsaq ki, bu prosesdə ABŞ, o cümlədən Rusiya yoxdur və əslində elə çağırış həm də onlaradır. Xüsusilə də Rusiyayadır ki, Rusiya bu işğalçı savaşa son versin”.
O.Qasımov bu müraciətin Rusiya tərəfinə hansısa bir təsiri olacağını yaxın perspektivdə real saymır: “Amma düşünürəm ki, ABŞ tərəfi bunu nəzərə ala bilər, baxmayaraq ki, hazırda Avropa ölkələri ilə ABŞ arasında da ciddi fikir ayrılıqları mövcuddur. Ancaq bütün hallarda savaşın gedişatı da onu göstərir ki, eyni zamanda, Ukraynanın tələblərindən, səylərindən biri də ondan ibarətdir ki, Avropa gələcək danışıqlarda yer alsın və iştirak etsin. Nəzər alsaq ki, son bir ildə Rusiya-Ukrayna savaşında Ukraynaya verilən dəstəyin əsas yükü Avropa ölkələrinin üzərinə düşüb və bu baxımdan Avropanın bu prosesdə iştirakı vacibdir. Yəni Avropa ölkələrinin bu mövqeyi kifayət qədər birmənalıdır və prosesə müəyyən təsir göstərə bilər”.
Politoloq düşünür ki, bu, yaxın perspektivdə deyil, müəyyən bir dövr sonra nəzərə alına bilər: “Ancaq orada qoyulan tələblərin bir çoxunun, xüsusilə də sərhədlərin toxunulmazlığı ilə bağlı məsələlərin Rusiya tərəfindən qəbul olunması çətin məsələdir. Çünki Rusiya Ukraynanın Donbas ərazilərinin hüquqi cəhətdən Rusiyaya verilməsində israrlıdır”.

“Rusiya onları güc mərkəzi kimi görmür”

Politoloq Samir Hümbətov diqqətə çatdırıb ki, Rusiya Avropa dövlətlərini, xüsusən də Almaniya, Böyük Britaniya və Fransanı hesablaşacağı dövlət kimi görmür: “Yəni onları güc mərkəzi hesab etmir. Rusiya mövzuya əvvəldən də belə yanaşıb, indi də bu cür yanaşır. Rusiya Fransanın, Böyük Britaniyanın, Almaniyanın iştirakı ilə çoxmillətli kontingentin gəlib Rusiya ilə sərhəddə dayanmasına razı olmayacaq. Çünki Rusiyanın hədəf və məqsədi Ukraynanı tamamilə nəzarətə götürməkdir”.

“Bu hal hansısa bir irəliləyiş yarada bilməyəcək”

S.Hümbətovun fikirlərinə görə, Rusiyanın əsas məqsədi Ukraynanı Avropa İttifaqından, NATO-dan çəkindirməkdir, NATO-nu öz təsir dairəsinə çox da yaxın buraxmamaqdır: “O zaman belə anlaşılır ki, Rusiya 4 il ərzində məntiqsiz bir müharibə aparıb, yəni sonda gəlib Ukraynanın Avropa İttifaqına, NATO-ya qoşulmasına razılıq verir və ya öz ərazisinə avropalıları gətirir. Əgər çox dərinə getsə, bunun hesabını Putindən soruşarlar ki, sən əgər bir halda ki, müharibə aparırdın qalib gələsən və Rusiyaya yaranacaq təsirlərin qarşısını alasan o zaman niyə bəs bu baş verdi? Ona görə də bu halların hansısa bir irəliləyiş yarada biləcəyinə inanmıram”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 İyun 2026 23:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri