Icma.az
close
up
RU
Ukrayna ilə Türkiyə arasında qaz sektorunda əməkdaşlıq inkişaf edəcək

Ukrayna ilə Türkiyə arasında qaz sektorunda əməkdaşlıq inkişaf edəcək

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kiyev, 13 avqust, AZƏRTAC

Ukrayna və Türkiyə qaz sektorunda, enerji infrastrukturunun bərpası və inkişafı sahəsində əməkdaşlığı gücləndirir.

AZƏRTAC xəbər verir ki, Ukraynanın energetika naziri Svetlana Qrinçuk türkiyəli həmkarı, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə onlayn görüş keçirib.

Tərəflər enerji sektorunda Ukrayna-Türkiyə əməkdaşlığının əsas istiqamətlərini müzakirə edib və birgə layihələrin həyata keçirilməsi üçün atılacaq addımlar barədə razılığa gəliblər. Əsas mövzular arasında enerji sektorunda müqavilə bazasının yenilənməsi, enerji üzrə Birgə Ukrayna-Türkiyə İşçi qrupunun işinin bərpası, təbii qazın tədarükü və anbara vurulması sahəsində layihələrin başlanması, o cümlədən Ukraynanın enerji infrastrukturunun modernləşdirilməsi və inkişafında türk biznesinin iştirakı yer alıb.

S.Qrinçuk bildirib. “Ukrayna ilə Türkiyənin enerji tərəfdaşlığının uzun tarixi var. Bu gün biz əməkdaşlığın dərinləşdirilməsi istiqamətində, xüsusən də qazın tədarükü və anbarlara vurulması sahəsində daha bir addım atmışıq. Türkiyənin geostrateji mövqeyi, qaz infrastrukturu və türk şirkətlərinin fəaliyyəti regionumuzun enerji təhlükəsizliyinin gücləndirilməsi üçün əlavə imkanlar yaradır”.

Nazir Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri Ukraynaya humanitar, texniki və siyasi dəstək verməyə davam edən Türkiyə ilə tərəfdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib. Tərəflər son iclasının 2021-ci ildə keçirildiyi ikitərəfli işçi qrupunun fəaliyyətini aktivləşdirmək barədə razılığa gəliblər. Gözlənilir ki, onun işinin bərpası birgə təşəbbüslərin həyata keçirilməsinin sistemli əlaqələndirilməsinə, yol xəritələrinin formalaşdırılmasına və texniki həllərin təsdiqinə imkan verəcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:37
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Avqust 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see203

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see193

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see167

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see145

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see144

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see136

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri