Icma.az
close
up
RU
Ukrayna İranla sazişi ləğv etdi

Ukrayna İranla sazişi ləğv etdi

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Kiyev Tehranla 1993-cü ildə bağlanmış hava əlaqəsi haqqında sazişini ləğv edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna hökumətinin saytında məlumat verilib.

Ukrayna 2022-ci il fevralın 24-dən ölkə üzərindəki hava məkanını bağlayıb. O vaxtdan bəri mülki aviasiyada müntəzəm uçuşlar olmayıb. Faktiki olaraq, Ukraynanın qərarı o deməkdir ki, hava məkanı açıldıqdan sonra İranla hava hərəkəti bərpa olunmayacaq.

Məlumata görə, Ukrayna İranı Rusiyaya yardım göstərməkdə ittiham edir.

Qeyd edək ki, Ukraynadan İrana uçuşlar hələ 2020-ci ildə dayandırılıb. “Ukrayna Beynəlxalq Hava Yolları” şirkətinə məxsus “Boeing 737-800” təyyarəsi 8 yanvar 2020-ci ildə səhər saatlarında Tehrandan havaya qalxdıqdan qısa müddət sonra vurulub.

Nəticədə, 176 nəfər həlak olub. İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşlarının öldüyü qəza Ukrayna aviasiyası tarixində ölənlərin sayına görə ən böyük qəza olub.

İran hadisə ilə bağlı yekun hesabatda hava müdafiə sistemi operatorunun təyyarəni düşmən hədəfi olaraq gördüyünü və mərkəzin təlimatını gözləmədən birinci raketi, daha sonra sistemin hərəkətdə olan hədəfə fokuslanaraq ikinci raketi atdığını bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Noyabr 2024 08:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azərpoçt”da böyük kadr dəyişikliyi Kimlər təyin olundu?

30 İyul 2026 14:34see430

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi İcra başçısı yerində tanış oldu FOTO

30 İyul 2026 20:06see378

Türk dünyasının birliyi

30 İyul 2026 15:43see346

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

31 İyul 2026 10:12see346

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir

30 İyul 2026 21:34see280

Qarabağ Universiteti tələbələrinə Türkiyə diplomu veriləcək

30 İyul 2026 13:03see263

Qəbələdə “Sumqayıt”dan 2 cavabsız qol

30 İyul 2026 21:33see241

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

31 İyul 2026 21:31see231

Könül Kərimova gənclərə SƏRT SÖZLƏR dedi: Dil uzatmağa başlayırlar”

30 İyul 2026 21:35see228

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

31 İyul 2026 17:44see216

“120 dəqiqəlik oyuna hələ tam hazır deyilik” Qurban Qurbanov

31 İyul 2026 02:28see208

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

31 İyul 2026 17:03see205

“Windows 11”də RAM problemi tarixə qovuşur

31 İyul 2026 02:28see204

Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? İqtisadçı açıqladı

30 İyul 2026 13:43see195

“Real” “Levante”nin hücumçusu Karlos Espini alıb

31 İyul 2026 02:14see195

Sautqeyt Premyer Liqada işləyə bilər

31 İyul 2026 01:56see191

Moskvada rusiyalı milyarder həbs edildi

31 İyul 2026 00:27see190

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

31 İyul 2026 21:37see182

Bu 4 tərəvəzi dondurmayın Səbəb

30 İyul 2026 22:39see181

Məni hədələyirdilər Arzum 999 məhkəmədə diqqətçəkən açıqlamalar verdi

31 İyul 2026 14:56see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri