Ukrayna Luqanskdakı hadisə ilə müharibədə yeni səhifə açıb Putin
Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya ötən gecə həyata keçirdiyi hücumların Ukraynanın “terror aktlarına” cavab olduğunu bəyan edib.
Sitat.info xəbər verir ki, Moskvanın məlumatına görə, söhbət mayın 22-də Rusiyanın nəzarətində olan Ukraynanın Luqansk vilayətində tələbə yataqxanasına edilən PUA hücumundan gedir. Rusiya həmin hücum nəticəsində 21 nəfərin öldüyünü bildirir.
Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi bildirib ki, Ukrayna Luqanskdakı hadisə ilə müharibədə “yeni səhifə açıb”. Onun sözlərinə görə, Starobelskdə müəllimlər kollecinin yataqxanasına zərbə endirilməsi Kiyevin “cinayətlər silsiləsində yeni mərhələdir”.
Ukrayna ordusu isə hücuma görə məsuliyyəti rədd edib. Kiyev bildirib ki, bölgədə elit dron komandanlıq bölməsini hədəfə alıb və Rusiyanın Luqanskla bağlı təqdim etdiyi versiyanı manipulyasiya adlandırıb.
Hadisənin detalları müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Nigar,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 02 İyun 2026 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















