Ukrayna millisinin ən bahalı futbolçularından biri “Benfika” ilə müqavilə bağlayacaq
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Şaxtyor"un yarımmüdafiəçisi Georgiy Sudakov Portuqaliyadadır və o, tezliklə Lissabon "Benfika"sı ilə müqavilə imzalayacaq. Sport24.az xəbər verir ki, bu barədə "A Bola" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 22 yaşlı futbolçu dünən klubun idman direktoru Rui Pedro Brazın müşayiəti ilə Tires hava limanında görünüb.
"Benfika" ilə "Şaxtyor" arasında razılıq ötən gecə əldə olunub.
Lissabon klubu ukraynalı yarımmüdafiəçi üçün 27 milyon avro ödəyəcək. Bundan başqa 5 milyon da bonus şəklində nəzərdə tutulub.
Qeyd edək ki, yarımmüdafiəçi 2024/2025 mövsümündə "Şaxtyor"un heyətində 37 oyunda 15 qol vurub və 6 məhsuldar ötürmə edib. O, yeni mövsümdə meydana çıxdığı 9 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 30 Avqust 2025 09:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















