Icma.az
close
up
RU
Ukrayna mövcudluğunu dayandıra bilər? Hərbi kəşfiyyatın rəhbərindən xəbərdarlıq

Ukrayna mövcudluğunu dayandıra bilər? Hərbi kəşfiyyatın rəhbərindən xəbərdarlıq

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Trampın sülh planı hələlik nəzəri olaraq qalır. Rusiya isə digər sülh təkliflərini rədd edir və Putin ilə birbaşa müzakirə olmadan bu, böyük ehtimalla belə də qalacaq. Lakin hətta Putin ilə görüş də bu məsələni həll etməyə çox güman ki, kömək etməyəcək. Çünki Rusiya özünü güclü mövqedə hiss edir, daha da irəliləyə biləcəyini düşünür, həmçinin Trampın Ukraynanın təhlükəsizliyi ilə bağlı öhdəliklərinin miqyasını götür-qoy edir".

Bunu Oxu.Az-a açıqlamasında amerikalı politoloq İrina Tsukerman deyib.

O bildirib ki, Rusiya özünün geosiyasi məqsədlərinə çox sadiqdir və Avropada möhkəmlənmək, əlavə təbii sərvətlərə çıxış əldə etmək üçün proseslərə təsir edə bilən güc kimi geosiyasi mövqedən Ukraynaya ehtiyac duyur: "Əgər Moskva bu çıxışından məhrum olsa, yəni Ukrayna ərazilərindən çıxarılsa və ən əsası, NATO-nun sülhməramlı qüvvələri bu ərazilərə cəlb olunsa, bu halda Rusiya maraqlarının reallaşmasına nail ola bilməyəcək. Moskva bununla həm də bəzi Avropa ölkələrinin daxili siyasətindəki təsirini itirə bilər. Çünki belə olan halda, həmin ölkələr Rusiyanın zəiflədiyini və siyasi güzəştlərə məcbur edildiyini görəcək. Beləliklə də, Moskva Avropa ölkələrindəki müttəfiqləri üçün dəyərini itirəcək. Bu səbəbdən Rusiya üçün özünün iştirakı və təklifləri olmayan sülh planı keçərsizdir. Moskva buna görə də məsuliyyəti mümkün qədər Kiyevin üzərinə atmağa çalışacaq, Trampın izolyasionist sxemindən istifadə edəcək. Düşünürəm ki, Tramp nəticədə Rusiyaya qarşı mövcud sanksiyaları tətbiq etməyə və Ukrayna ilə daha sıx işləməyə məcbur ediləcək".

"Bu, Tramp üçün də əlverişli deyil. Çünki bu, Birləşmiş Ştatların müttəfiqləri ilə münasibətlərini əhəmiyyətli dərəcədə pisləşdirə, hətta onun NATO-da təsir gücünü zəiflədər. Bu da onun digər təhlükəsizlik strategiyasında, məsələn Çin ilə bağlı əməkdaşlıq, terrorizmə qarşı mübarizə, İranla bağlı narahatlıq doğuran məsələlərdə özünü göstərə bilər. Buna görə də Kiyevə yardımı tamamilə dayandırmaq Vaşinqtonun maraqlarına uyğun deyil. Ukraynaya münasibət ABŞ-nin maraqlarına uyğun olaraq, müttəfiqləri gücləndirməklə, daha sıx əməkdaşlıq etməklə, daha yaxşı strategiya ilə həyata keçirilməlidir", - deyə müsahibimiz əlavə edib.

Qeyd edək ki, ABŞ-nin yeni dövlət katibi Marko Rubio "Trampın 100 günlük sülh planı" fonunda dünyada heç bir gücün Krım və Donbasa görə Rusiya ilə savaşmayacağını bildirib:

"Çünki anlaşılandır ki, Ukraynanın bu əraziləri Rusiyanın nəzarətində qalacaq. Qlobal sistemdəki vəziyyət bizi realist olmağa vadar edir və biz Krıma görə Rusiya ilə heç bir şəkildə üz-üzə qala bilmərik. Ukrayna da bu reallığı artıq dərk edir. Ukraynaya dəstək vermək ayrı anlayışdır, onunla birlikdə Rusiya ilə döyüşmək ayrı anlayışdır. Rusiya nüvə gücüdür və onunla toqquşmaqdan yayınmağa məcburuq".

Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kiril Budanov isə deyib ki, həqiqətən də Kiyev üçün vəziyyət hər keçən gün pisləşir, müharibəni davam etdirmək və uzatmaq Ukraynanın mövcudluğuna daha ciddi zərbələr endirə bilər:

"Hətta yaya qədər ciddi danışıqlar aparılmasa, Ukrayna mövcudluğunu dayandıra bilər. Buna görə də Ukrayna tərəfi təcili olaraq danışıqlara hazırlaşmalı və müharibəni öz maraqlarına uyğun olaraq az itki ilə bitirməlidir".

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Yanvar 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri