Icma.az
close
up
RU
Ukrayna müharibəsi ilə bağlı ilk müsbət siqnal Savaş bitir?

Ukrayna müharibəsi ilə bağlı ilk müsbət siqnal Savaş bitir?

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya və Ukrayna arasında İstanbulda baş tutan danışıqların ikinci raundu səmərəli keçib. İki ölkənin nümayəndələrinin Türkiyənin iştirakı ilə, həm də ikitərəfli formatda ətraflı müzakirə apardıqları bildirilir. Rusiya müharibənin dayandırılması üçün hazırladığı nizamlanma memorandumunu Kiyev rəsmilərinə təqdim edib. Onlar da Ukraynanın bu sənədi 1 həftə ərzində nəzərdən keçirəcəyini bildiriblər.

Danışıqların ikinci raundu müharibənin başa çatması üçün müsbət siqnal kimi dəyərləndirilə bilərmi? Kiyevlə Moskvanın İstanbul formatında müzakirələrə davam edərək sülhə nail olmaları nə dərəcədə mümkün görünür?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, Rusiya tərəfinin şərtləri çox ağır olduğu üçün danışıqlar prosesinin müsbət nəticə verəcəyi inandırıcı deyil:

“Rusiya işğal etdiyi ərazilərin Ukrayna tərəfindən qeyd-şərtsiz Rusiyanın tərkib hissəsi kimi tanınması və atəşkəs razılaşmasından 3 ay sonra Ukraynada seçkilərin keçirilməsini tələb edir. Ukraynanın bunu qəbul edəcəyi inandırıcı görünmür. Digər tərəfdən danışıqlar prosesinə başlıca maneələrdən biri Avropa İttifaqının ABŞ-Rusiya arasında əldə olunan qeyri-rəsmi razılaşmanı pozmağa yönəlik addımlarıdır. Çünki Ukrayna münaqişəsinin nizamlanmasından sonra Vaşinqton Avropa İttifaqına təzyiqlərini daha da artıracaq.

Yəni ABŞ-ın hədəfində olan Avropa İttifaqı daha ciddi təzyiqlərlə üzləşəcək. Avropa İttifaqı Rusiya-ABŞ arasında konsensusun əldə olunmasını özünə təhdid olaraq görür. Buna görə də Ukraynaya hərbi yardımlarını davam etdirir və müharibənin uzanmasına yönəlik addımlar atmaqla Rusiya-ABŞ arasında münasibətləri pozmağa çalışır. Təbii ki, Avropa İttifaqı Ukraynadan kart kimi istifadə edərək, Rusiya və ABŞ-dan təhlükəsizlik zəmanəti almaq istəyir. Bu isə danışıqlar prosesini daha da mürəkkəbləşdirir”.

Əli Zülfüqaroğlu

Ə.Zülfüqaroğlu əlavə edib ki, Macarıstanın Baş naziri Orbanın Ukraynada nəticə əldə olunması ilə bağlı Tramp və Putin arasında görüş keçirilməsinin vacibliyinə diqqət çəkməsi təsadüfi deyil:

“Çünki Rusiya qeyri-rəsmi olaraq Ukraynanı tərəf kimi qəbul etmir. İstanbulda ilk görüşə Rusiyanın aşağı ranqlı nümayəndələr göndərməsi də məhz bunun göstəricisdir. Orban da dolayısı ilə bunu diqqətə çatdırır.

Böyük ehtimalla İstanbul görüşləri Türkiyə lideri Ərdoğan, Tramp və Putin arasında Ukrayna məsələsi ilə bağlı görüşün keçirilməsinə zəmin yarada bilər. Hesab edirəm ki, bu baş tutarsa Ukrayna müharbəsinin dayandırılması ilə bağlı irəliləyiş əldə olunması mümkündür”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 İyun 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri