Ukrayna ordusu Rostov vilayətində optik mexanika zavodunu vurub
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Rostov vilayətinin Azov şəhərində yerləşən Azov Optik-Mexanika Zavodunun istehsal güclərini vurub.
APA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələrinin Baş qərargahı məlumat yayıb.
Bildirilib ki, Ukrayna istehsalı olan "Neptun" qanadlı raketləri ilə vurulan zavodun ərazisində yanğın qeydə alınıb, həmçinin beş istehsalat binasında avadanlıqlar zədələnib.
Qeyd edək ki, Azov Optik-Mexanika Zavodu Rusiyanın “Taktiki Raket Silahları” korporasiyasının tərkibinə daxildir. Müəssisə optik-mexaniki və optik-elektron məhsullar, artilleriya, raket və tank əleyhinə silahların komplektləşdirilməsi üçün elektron sistemlər, həmçinin taktiki idarə olunan raketlər üçün radiolokasiya özütuşlama başlıqları istehsal edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 26 Sentyabr 2026 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















