Ukrayna ordusunun görünməz kateri Foto
Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna Müdafiə Nazirliyi Böyük Britaniyada Birinci Dünya Müharibəsi illərində hazırlanmış kiçik zirehli artilleriya qayıqlarının rənglənməsi üçün xüsusi kamuflyajdan istifadə etməyə başlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə RBC məlumat yayıb.
Qeyd olunur ki, "Island" sinifli qayıqları bozun müxtəlif çalarlarında naxışlara malikdir və bu, onları optik cihazlardan istifadə etməklə tanınmağı xeyli çətinləşdirir:
"Bu kamuflyaj üsulu radar texnologiyasının yayılması ilə öz aktuallığını qismən itirmişdi.Onun əsas məqsədi çox güman ki, gəmi radarları ilə təchiz olunmayan dronlarda optik sensorların işinə mane olmaqdır. Bucaqlı formaların və ziddiyyətli rənglərin istifadəsi onun ölçülərini, gedişatını və sürətini müəyyən etməyi çətinləşdirir və bu da öz növbəsində dəqiq vuruş ehtimalını azaldır".
Baxış sayı:121
Bu xəbər 01 Dekabr 2024 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















