Ukrayna prezidenti: Əgər Putin birbaşa danışıqlara hazırdırsa, görüşək
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
"Əgər Putin birbaşa danışıqlara hazırdırsa, görüşək. Biz buradayıq (Ankara - red.) , amma o, nə buradadır, nə də İstanbulda. Biz dünyanı dolaşaraq onu axtara bilmərik".
Oxu.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada keçirdiyi mətbuat konfransında deyib.
"Mənim İstanbulda görəcək bir işim yoxdur. Rusiya bəyan etdi ki, Putin birbaşa danışıqlara hazırdır, sonra onlarda hər şey dəyişdi. Biz birbaşa danışıqlara hazırıq" , - deyə o vurğulayıb.
Zelenski bildirib ki, Rusiya müharibəni dayandırmağa real hazırlığını nümayiş etdirməsə, Ukrayna ABŞ, Aİ və Qlobal Cənub ölkələrindən Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyi xahiş edəcək.
Baxış sayı:136
Bu xəbər 15 May 2025 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















