Ukrayna PUA ları limana hücum etdi İki gəmi və iki yük körpüsü zədələndi VİDEO
Icma.az bildirir, Bakupost portalına istinadən.
Bu gün gecə saatlarında Ukrayna ordusu pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Rusiyanın Krasnodar vilayətindəki Taman limanına hücum edib.
Bakupost.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hücum nəticəsində iki gəmidə yanğın baş verib və iki yük körpüsü (priçal) zərər görüb. Təxminən 1000–1500 kvadrat metr sahə yanıb. Liman terminalının yaxınlığında yerləşən neft boru kəməri də zədələnib.
Rusiya Müdafiə Nazirliyi isə açıqlayıb ki, gecə ərzində Krasnodar vilayətində PVO sistemləri PUA-lar aşkar edib və məhv edib. Bunlardan üçü ərazidə, ikisi isə Qara dəniz akvatoriyası üzərində vurulub.
Taman limanı Rusiya üçün strateji əhəmiyyətə malikdir və burada neft məhsulları, sıxılmış qaz və sənaye yüklərinin daşınması həyata keçirilir. Ekspertlər hücumun əsas məqsədinin məhz bu terminal və yük axınlarını hədəf almaq olduğunu bildirir.
Limanda fəaliyyət müvəqqəti dayandırılıb və yanğınların söndürülməsi üçün işlər davam edir. İnfrastrukturun zədələnməsi limanın logistika və tarif sistemində problemlərə səbəb ola bilər.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Ukrayna PUA ları Moskvaya hücum edib Yaşayış binaları zədələndi
28 May 2025 10:38
Ukrayna PUA ları Ryazana hücum etdi
22 May 2025 00:43
Ukrayna PUA ları əsir düşən iki muzdlunu öldürüb
10 İyul 2025 08:55
Ukrayna PUA ları Moskva vilayətinə hücum etdi ÖLƏNLƏR VAR VİDEO
29 Sentyabr 2025 11:08
Ukrayna PUA ları gecə Rusiyanın səkkiz regionuna hücum etdi VİDEO
04 Noyabr 2025 09:59
Baxış sayı:35
Bu xəbər 22 Dekabr 2025 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















