Ukrayna PUA sı sosial obyekti vurub
Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna Silahlı Qüvvələri tərəfindən idarə olunan pilotsuz uçuş aparatı (PUA) Rusiya Federasiyasının Belqorod vilayətinin Şebekino şəhərində sosial obyektə hücum edib.
Xalqcebhesi.az xəbər verir ki, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkovun verdiyi məlumata görə, hücum nəticəsində orada çalışan bir qadın xəsarət alıb.
“Şebekino şəhərində Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA sosial obyektə zərbə endirib. Hadisə nəticəsində bir qadın xəsarət alıb. İlkin məlumata əsasən, o, mina-partlayış və barotravma (təzyiqə bağlı travma) alıb. Hazırda onun səhhəti ilə bağlı tibbi müayinə aparılır”, – deyə Qladkov bildirib.
Qubernatorun sözlərinə görə, binanın şüşələri və fasadı zədələnib. Hadisə yerində operativ xidmətlər fəaliyyət göstərir.
Məryəm Quliyeva
Baxış sayı:87
Bu xəbər 15 İyul 2025 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















