Icma.az
close
up
RU
Ukrayna Rusiya münaqişəsi Avropanın ABŞ dan asılılığını artırmaq üçün hazırlanmış siyasi layihə idi

Ukrayna Rusiya münaqişəsi Avropanın ABŞ dan asılılığını artırmaq üçün hazırlanmış siyasi layihə idi

Icma.az, Bizimyol saytına istinadən bildirir.

“Tramp Ukraynada sülhə nail ola bilər. Rusiya ilə burada danışıqlar birmənalı deyil. Çünki Trampın sülhə baxışı ilə Rusiyanın sülhə baxışı arasında hansı fərqlərin olduğunu biz bilmirik. Ukrayna fonunda Rusiyanın özünün şərtləri var. O şərtləri Tramp qəbul edəcəkmi və yaxud Trampın sülhə nail olmaq üçün baxış bucağı necədir? Və Rusiya Trampın şərtlərini qəbul edəcəkmi? Bütün bunlar sual altındadır. Danışıqlar gedir. Sevindirici hal odur ki, danışıqlar müsbət dinamika ilə gedir. Əgər bu vəziyyət belə davam edərsə, deməli, danışıqlar sülhlə yekunlaşacaq”.

Bu barədə Bizimyol.info xəbər portalına ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov danışıb. Hərbi ekspert bildirib ki, Rusiya-Ukrayna münaqişəsi başlayan zaman bu münaqişənin ABŞ-a məxsus proyekt olduğu barədə şərhlər verib.

Şair Ramaldanov

“ABŞ-ın proyektində əsas hədəf Rusiya yox, əsas hədəf Avropa və Avropa Birliyi olub. Avropa müstəqil, hətta daha müstəqil olmaq istəyirdi və bu istiqamətdə addımlar atırdı. Avropa öz ordusunu yaratmaq istəyirdi, ABŞ-ın təsir dairəsindən çıxmaq istəyirdi. Avropa öz ordusunu qursaydı, bu da Avropanın NATO-dan çıxması ilə müşahidə olunacaqdı. Bu halda, NATO-nun aqibətinin necə olacağını yaxşı bilirik. Yəni bütün bunlar, ABŞ-ın məhz bu proyekti irəli sürməsi və poliqonlar axtarması bununla bağlı idi. İlk cəhd kimi Belarusiyada çalışdılar, alınmadı. Ardınca Qazaxıstanda alınmadı. Ancaq görürük ki, Ukraynada alındı. Bu münaqişənin üç ildən çox müddət davam etməsi onu göstərir ki, ABŞ hazırda Avropa ilə bağlı bütün hədəflərinə nail olub və bu gün Rusiya ilə sülh müqaviləsi bağlamaq istiqamətində addımlar atır.

Növbəti prezident istər Tramp olsun, istər başqa bir prezident olsaydı, münaqişənin bitməsini istəyəcəkdi və proses bu istiqamətdə inkişaf edəcəkdi. Çünki bu münaqişə ABŞ-ın, proyektidir və ABŞ Avropa ilə bağlı bütün hədəflərinə nail olub. Avropa artıq müstəqil deyil. Avropa Birliyi artıq daha çox istiqamətdə ABŞ-dan asılıdır, Ukrayna-Rusiya fonunda ABŞ-ın təsiri altında olan bir birlikdir”-deyə Şair Ramaldanov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Mart 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see219

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see162

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see147

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see143

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see136

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see126

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see124

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see121

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri