Ukrayna Rusiya tərəfindən zorla sərhədə aparılan vətəndaşlarını geri qaytarıb
Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.
Ruslar tərəfindən zorla Gürcüstanla sərhədə aparılan 65 ukraynalı ölkəsinə qaytarılıb.
Reyting.az xəbər verir ki, bu barədə Ukraynanın Daxili işlər naziri İqor Klimenko Telegram-da bildirib.
“Terrorçu dövlət beynəlxalq və humanitar hüquq normalarını növbəti dəfə pozur. Bəziləri cəza çəkən, bəziləri itkin düşmüş hesab edilən Ukrayna vətəndaşları ruslar tərəfindən Gürcüstanla sərhəd məntəqəsindəki bufer zonaya çatdırılıb”,- nazir açıqlamasında bildirib.

Onun sözlərinə görə, insanlar sənədsiz, dolanışıqsız, lazımi qida və tibbi xidmətdən məhrum olublar.
“Onlar mahiyyətcə taleyin ümidinə buraxılıblar. Və bu gün Ukrayna prezidentinin göstərişi ilə 65 vətəndaş, o cümlədən 10 qadın və 8 ağır xəstər Ukraynaya qaytarılıb”,- deyə Klimenko bildirib.
Nazir əlavə edib ki, bu, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Ukrayna Təhlükəsizlik Xidməti, habelə Moldova və Gürcüstanın hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyəti sayəsində mümkün olub.
E. KAMAL
Bu mövzuda digər xəbərlər:Rusiya 150 əsgərini Ukrayna əsirliyindən geri qaytarıb
30 Dekabr 2024 18:52
Ukrayna daha 25 vətəndaşını Rusiya əsirliyindən geri qaytarıb AZƏRTAC
16 Yanvar 2025 05:00
Ukrayna Rusiya əsirliyindən 175 hərbi əsirini qaytarıb...
19 Mart 2025 18:04
Ukrayna: Rusiya 909 ukraynalı əsgərin cəsədini qaytarıb
28 Mart 2025 19:00
Ukrayna Rusiyanın 30 vətəndaşını geri qaytarıb
28 Noyabr 2025 20:51
Baxış sayı:34
Bu xəbər 22 Avqust 2025 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















