Icma.az
close
up
RU
Ukrayna Rusiyanın sənaye obyektlərini vurdu Xəsarət alanlar var

Ukrayna Rusiyanın sənaye obyektlərini vurdu Xəsarət alanlar var

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Samarada sənaye müəssisələrindən biri Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb".

Redaktor.az xəbər verir ki, bu barədə Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişşev bildirib.

Onun sözlərinə görə, hazırda mütəxəssislər hadisənin fəsadlarının aradan qaldırılması ilə məşğuldurlar. Dronların düşdüyü ərazidə operativ xidmət əməkdaşları fəaliyyət göstərirlər. Qubernator əlavə edib ki, zərərçəkənlər barədə məlumatlar dəqiqləşdirilir.

Fedorişşev, həmçinin xatırladıb ki, hava hücumundan müdafiə (HHM) sistemlərinin işini və hücumun nəticələrini əks etdirən foto-video materialların çəkilməsi və yayılması qadağandır.

Ötən gecə Rusiyanın 17-dən çox regionunda raket təhlükəsi elan edilib, 18 hava limanında isə təyyarələrin qəbulu və yola salınmasına məhdudiyyətlər tətbiq olunub. Hazırda onların bir çoxu öz fəaliyyətini bərpa edib.

Krasnodar diyarında isə vurulan Ukrayna dronlarının qalıqlarının düşməsi nəticəsində neft emalı zavodunda (NEZ) yanğın baş verib. Regionun operativ qərargahı "Telegram" kanalında bildirib ki, yanğının İlski NEZ-in ərazisində başladığı qeyd olunur. İlkin məlumatlara görə, beş nəfər xəsarət alıb.

"Onlara bütün lazımi tibbi yardım göstərilir", - deyə açıqlamada qeyd olunub.

Operativ qərargahdan əlavə edilib ki, hazırda hadisə yerində müvafiq xidmətlərin mütəxəssisləri işləyirlər. Tula vilayəti də Ukrayna Silahlı Qüvvələrinin (USQ) hücumuna məruz qalıb. Regionun qubernatoru Dmitri Milyayevin sözlərinə görə, HHM bölmələri Ukraynaya məxsus yeddi PUA-nı məhv edib. Milyayev qeyd edib ki, hücum nəticəsində heç kim xəsarət almayıb və ilkin olaraq infrastrukturun zədələnmədiyi müəyyən edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Avqust 2026 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri