Icma.az
close
up
RU
Ukrayna şəhərləri aramsız bombardman edilir Ölənlərin sayı artıb, dünya pisləyir...

Ukrayna şəhərləri aramsız bombardman edilir Ölənlərin sayı artıb, dünya pisləyir...

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avqustun 29-na keçən gecə Ukraynanın müxtəlif bölgələri yenidən Rusiyanın dron və raket hücumuna məruz qalıb. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, 68 drondan 46-sı vurulub. Lakin 22 PUA doqquz ərazidə hədəfə dəyib.

Dnepropetrovsk vilayətinin Sinelnikovski rayonunda iki nəfər ölüb, bir nəfər yaralanıb. Dnepr şəhərində isə iki yaralıdan biri ağır vəziyyətdədir. Hücumlar nəticəsində bir sıra obyektlərdə yanğın baş verib. Xerson vilayətində iki nəfər ölüb, doqquz nəfər yaralanıb. Sumı vilayətində isə qadın xəsarət alıb, mülki infrastruktur zədələnib.

Rusiyanın 28 avqustda səhər saatlarında Kiyevə endirdiyi raket və pilotsuz aparat hücumlarının nəticəsində ölənlərin sayı artıb. Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko gecə saatlarında bildirib ki, daha bir nəfərin cəsədi dağıntılar altından çıxarılıb. Bununla da paytaxtda həyatını itirənlərin sayı 23 nəfərə çatıb. Onların arasında dörd uşaq da var.

Ən ağır itki Darniç rayonunda olub — beşmərtəbəli yaşayış binasının dağıntıları altında ümumilikdə 22 nəfərin meyiti tapılıb. Xilasetmə işləri davam edir, xilasedicilər üç nəfərin hələ də dağıntılar altında ola biləcəyini ehtimal edirlər. Kiyev meri Vitali Kliçko bildirib ki, ümumilikdə 63 nəfər xəsarət alıb, onlardan 35-i xəstəxanalara yerləşdirilib.

225 bina zədələnib, beynəlxalq qurumların ofisləri də hədəfə düşüb Şəhər rəhbərliyi təsdiqləyib ki, hücum nəticəsində 225 yaşayış binası müxtəlif dərəcəli ziyan görüb. Dağıntılar arasında Avropa İttifaqının nümayəndəliyinin və “Azadlıq Radiosu”nun Kiyev bürosunun binaları da var. ABŞ-nin Kiyevdəki səfirliyi hücumu qətiyyətlə pisləyib: “Zərbələr mülki obyektlərə qarşı yönəlib və bu qəbuledilməzdir. Onlar dərhal dayandırılmalıdır. Biz qurbanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Prezident Tramp da bildirib ki, öldürülmələr dayandırılmalı, tərəflər danışıqlar masasına qayıtmalıdır”.

Avropa İttifaqı rəsmiləri də Rusiyanın hərəkətlərini kəskin tənqid edərək, Moskvanın sülh istəyi barədə bəyanatlarının əsl niyyətlə uzlaşmadığını vurğulayıblar. Ukrayna hakimiyyətinin açıqlamasına görə, yalnız 28 avqust hücumu zamanı Rusiya ölkə ərazisinə 600-dən çox raket və pilotsuz aparat buraxıb. Rusiyanın Müdafiə Nazirliyi isə gündəlik hesabatında Kiyev hücumunu ayrıca qeyd etməyib, yalnız “hərbi sənaye müəssisələri və aviasiya bazalarının” vurulduğunu iddia edib.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Avqust 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see203

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see177

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see142

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see139

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see138

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri