Ukrayna şəhərlərinə kütləvi raket və dron hücumu Ölənlər, yaralanlar və böyük dağıntı var
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dekabrın 23-ü gecə və səhər saatlarında Ukrayna Rusiyanın kütləvi raket və pilotsuz uçuş aparatlarının (PUA) hücumlarına məruz qalıb. Hücumların əsas hədəfi enerji infrastrukturu olub. Nəticədə bir sıra bölgələrdə və Kiyevdə işıqlar kəsilib. İlkin məlumatlara görə, hücumlar zamanı ən azı üç nəfər ölüb, xeyli insan yaralanıb.
Kiyevin Svyatoşinski rayonunda PUA beşmərtəbəli yaşayış binasının yaxınlığına düşərək binaya ziyan vurub. Şəhər hakimiyyətinin ilkin məlumatına görə, Kiyevdə üç nəfər yaralanıb. Kiyevdən kənarda, Vyşqorod rayonunda bir fərdi ev yanıb, nəticədə yaşlı qadın ölüb, üç nəfər yaralanıb.
Jitomir vilayətində raket və dron hücumları nəticəsində yaşayış binaları və digər mülki obyektlər zədələnib. Vilayət rəhbəri Yuri Buneçko bildirib ki, bir uşaq ölüb, daha beş nəfər, o cümlədən bir uşaq yaralanıb.
Odessa vilayətində hücumlar enerji, liman, nəqliyyat, sənaye və yaşayış infrastrukturlarına ciddi ziyan vurub. Bu ərazilərdə həmçinin mülki yük gəmisi zədələnib.
Şimalda, Çerniqov və Sumı vilayətlərində bir sıra yaşayış məntəqələri işıqsız qalıb. Qərbi Ukraynanın bəzi regionları – Ternopil, Xmelnitski, Rovno və Lviv də raket hücumlarının hədəfi olub, kritik enerji obyektlərinə ziyan dəyib.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya tərəfi ölkəyə 38 müxtəlif tipli raket, əsasən qanadlı raketlər, və 635 dronla hücum edib. Hücumların böyük hissəsi zərərsizləşdirilib, lakin raket və dronların zərbələri nəticəsində 20-dən çox ərazidə dağıntılar qeydə alınıb.
Prezident Volodimir Zelenski bildirib ki, bayram ərəfəsində və sülh danışıqlarının gedişində həyata keçirilən hücumlar Rusiyanın prioritetlərini ortaya qoyur.
Rusiya hərbçiləri hələlik bu hücumları şərh etməyib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 23 Dekabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















