Icma.az
close
up
RU
Ukrayna şəhərlərinə görünməmiş hücum 600 dron və 26 raket atıldı, ölənlər var

Ukrayna şəhərlərinə görünməmiş hücum 600 dron və 26 raket atıldı, ölənlər var

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

İyulun 12-nə keçən gecə Rusiya ordusu Ukraynanın bir sıra şəhərlərinə kütləvi hava hücumu təşkil edib. 

“AzPolitika” Ukrayna mediasına istinadla xəbər verir ki, hücum zamanı 26 qanadlı raket və 600-ə yaxın pilotsuz uçuş aparatı (PUA) istifadə olunub. Prezident Volodimir Zelenski hücumun genişmiqyaslı olduğunu və əsasən mülki infrastrukturu hədəf aldığını bildirib.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, 25 ədəd X-101 tipli raket və 319 kamikadze dron məhv edilib. 258 dron-imitator isə radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirilib. Buna baxmayaraq, 1 raket və 20 dron müxtəlif ərazilərə düşüb.

Ən çox zərər görən şəhərlər bunlardır:

Lvov: 6 nəfər yaralanıb. İki çoxmərtəbəli bina və bir uşaq bağçası zədələnib. Onlarla avtomobil dağılıb, qeyri-yaşayış binasının damı yanıb. Trolleybus xətlərinin elektrik sistemi sıradan çıxıb, iki sənaye obyektinə ziyan dəyib. Hədəflərdən birinin “Elektron” korporasiyası olduğu bildirilir.

Çernovtsi: Raket və dron qalıqlarının düşməsi nəticəsində 2 nəfər ölüb, 4 nəfər ağır, 10 nəfər isə yüngül xəsarət alıb. Yaşayış evləri, mağazalar və inzibati binalar dağılıb.

Lutsk: Bir yaşayış evi tamamilə dağılıb, yaxınlıqdakı binaların şüşələri sınıb, bir avtomobil yanıb. Şəhər merinin sözlərinə görə, insan tələfatı yoxdur.

Xarkov: Şəhərin Kiyev rayonuna endirilən zərbələr zamanı 2 aviabomba və 8 drondan istifadə olunub. Nəticədə bir sənaye müəssisəsi, yaşayış binası, universitet, qaraj və avtomobillər zədələnib.

Dnepropetrovsk vilayəti (Sinelnikovski rayonu): Aviabomba hücumu nəticəsində 2 nəfər həlak olub.

Ukrayna rəsmiləri qeyd edirlər ki, bu tip hücumlar yalnız ölkənin hava müdafiə sisteminə təzyiq göstərmək deyil, eyni zamanda mülki əhali arasında qorxu və təşviş yaratmaq məqsədi daşıyır.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 İyul 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri