Ukrayna Təhlükəsizlik Xidməti: Ukrayna cəsədlərin dəyişdirilməsi formatını dəyişir
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Ukrayna dəmiryolu vasitəsilə həlak olmuş müdafiəçilərin repatriasiyası mərhələsini başa çatdırıb. Gələcəkdə bu proses avtomobil nəqliyyatı vasitəsilə həyata keçiriləcək.
APA xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin Telegram kanalında yayımlanan məlumatına görə, 15 iyun tarixində dəmiryolundan istifadə olunan repatriasiya tədbirlərinin mərhələsi başa çatıb.
Bu, Ukraynanın müxtəlif bölgələrində yerləşən müəssisələrə həlak olmuş müdafiəçilərin cəsədlərinin sürətli çatdırılmasına imkan verib. Bu müəssisələrdə gələcəkdə şəxsiyyətin müəyyənləşdirilməsi və digər prosedurlar aparılacaq.
"Növbəti repatriasiya mərhələləri İstanbul görüşü çərçivəsində əldə edilmiş razılaşmalara uyğun olaraq avtomobil nəqliyyatı vasitəsilə həyata keçiriləcək," — deyə məlumatda bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 15 İyun 2025 19:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















