Icma.az
close
up
RU
“Tramp Putinə Əsədə edilən tərzdə təkliflər edəcək” “Ukrayna NATOya qəbul edilməyəcək, amma...” AzPolitika onlayn siyasiictimai qəzet

“Tramp Putinə Əsədə edilən tərzdə təkliflər edəcək” “Ukrayna NATOya qəbul edilməyəcək, amma...” AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hazırda dünya gündəmində olan əsas mövzulardan biri Suriyada baş verənlərin Rusiya-Ukrayna müharibəsinə mümkün təsirləridir.

“AzPolitika” xəbər verir ki, mühacirətdə yaşayan tanınmış rusiyalı politoloq Stanislav Belkovski digər rusiyalı tanınmış hüquqşünas Mark Feyqinə son müsahibəsində Rusiyanın Suriyadakı məğlubiyyətinin Ukrayna ilə bağlı gözlənilən sülh danışıqlarına təsirini, həmçinin, Donald Trampın Ukrayna müharibəsini bitirmək üçün Vladimir Putinin qarşısında hansı təklif və tələblərlə çıxış edə biləcəyini şərh edib.

Belkovski ilk olaraq qeyd edib ki, Rusiyanın Suriyadakı məğlubiyyəti nəticəsində “Moskva Qərblə bazarlıqda mühüm arqumentlərindən birini itirib”: “İkincisi, Rusiyanın hərbi imkanlarının və resurslarının məhdud olduğu göründü. Göründü ki, hər şey Ukraynaya atılıb və Rusiyanın Bəşər Əsədi xilas etmək üçün heç nəyi qalmayıb. Həmçinin, Moskvanın kəşfiyyat imkanlarının da məhdud olduğu üzə çıxdı, çünki Moskva bundan əvvəlcədən xəbər tuta bilməyib. Baxmayaraq ki, bu əməliyyat uzun müddət hazırlanıb. Bu, klassik “qara qu quşu” variantıdır. O sən gözləmədiyin vaxtda və formada uçub gəlir. Məhz bunun fonunda Trampın Putinə təkliflərinin fəlsəfəsini görmək olar”.

Belkovski hesab edir ki, Tramp Putinə vaxtilə ABŞ-nin Bəşər Əsədə etdiyi tərzdə təkliflər edəcək: “Əsədə təklif etmişdilər ki, sən Rusiya və İranla əməkdaşlıqdan imtina et, biz səni sanksiyalardan çıxaraq. Putinə də Çin, Şimali Koreya və İranla əməkdaşlıqdan çıxmaq, bunun müqabilində isə sanksiyaların zəiflədilməsi təklif olunacaq. Putinin qorxu və həyacanlarının böyük olduğunu nəzərə alsaq, onun buna getməsi sual doğurur. Vaxtilə o, Bəşər Əsədi də buna getməməyə çağırmışdı. Ancaq hər halda, dəqiqdir ki, Putinə bu cür təklif ediləcək. Ona Ukraynadakı müharibənin Koreya ssenarisi üzrə dondurulması və bundan sonra Ukraynanın daxili işlərinə birbaşa müdaxilədən imtina etməsi təklif olunacaq”.

Politoloq hesab edir ki, Tramp-Putin danışıqlarında Ukraynanın NATO-ya qəbulu istisna olunacaq, lakin bu, Ukrayna üçün heç də faciəli ssenari deyil: “Aydın görünür ki, Ukrayna NATO-ya qəbul edilməyəcək. Ümumilikdə, prinsip etibarilə NATO-nun genişləndirilməsi olmayacaq. Mən bunda Ukrayna üçün dəhşətli bir şey görmürəm. Biz hələ də NATO-nun kollektiv müdafiə imkanlarını, onun kritik durumlarda 5-ci və 6-cı maddələrinin necə aktivləşəcəyini bilmirik. Çünki indiyə qədər belə bir presedent olmayıb. Yeri gəlmişkən, NATO-nun 5-ci maddəsi kifayət qədər yayğındır. Orada hücuma məruz qalan dövlətə kömək üçün birbaşa hərbi müdaxilədən yox, bununla bağlı müzakirələrin başlamasından söhbət gedir. Ona görə də bu müdaxilə yalnız “dərin narahatlıq ifadə edirik” kimi sırf diplomatik səviyyədə də ola bilər. Ona görə də çoxdan aydındır ki, NATO Ukraynanın təhlükəsizliyinin birmənalı qarantı deyil. Ukraynanın təhlükəsizliyinin qarantı Qərb silahları ilə təmin edilən Ukrayna Silahlı Qüvvələridir. Bunu müharibənin geridə qalan min günü də sübut edir. Odur ki, Ukraynanın NATO-ya qəbul edilməməsi elə də dəhşətli bir şey deyil, bununla heç bir keyfiyyət dəyişikliyi olmayacaq və bunu Trampın Putinə(baha qiymətə) təklif etməsi gözləniləndir. Əsas odur ki, Putin demilitarizasiya və denasifikasiya tələblərində təkid etməsin. Hansı ki, bu, Ukraynanın öz silahlı qüvvələrinin olmaması və Rusiyanın qarmağından asılı vəziyətdə qalmasıdır. Digər yandan bu, Ukraynada milli dövlət və hakimiyyət yox, əvəzində Moskvayönlü hakimiyyət olmasını nəzərdə tutur. Putin bu tələblərindən “sürüşüb” geri çəkilsə, ardınca Koreya ssenarisindəki kimi, faktiki olaraq işğal etdiyi ərazilər onun nəzarətində qalacaq. Şəxsən mən bunda da Ukrayna üçün faciəli bir şey görmürəm. Çünki müasir dünyada ərazilər o qədər də sakral(müqəddəs) rol oynamır. Donbasın Ukraynaya mümkün reinteqrasiyasını da Ukrayna üçün məhsuldar bir şey hesab etmirəm. Bu, Ukraynadan az qala trilyonlarla dollarlıq investisiyalarla yanaşı, Donbasdakı Ukraynaya qarşı loyal olmayan əhali ilə “dil tapılmasını” da tələb edir ki, bunlar da Ukrayna üçün yaxın gələcəkdə qaldıra bilməyəcəyi ağır yükdür. Gələcək nəsillərdə nə baş verəcəyi isə başqa bir sualdır”.

Belkovskinin fikrincə, zaman keçdikcə, “Putin diktaturası” da digər diktaturalar kimi tükənəcək: “Odur ki, tarixi dəyişikliklər uzaqda, “dağların arxasında” deyil. Bunun məhz nə vaxt baş verəcəyini bilmirik. Bunun üçün “qara qu quşu” lazımdır. Belə “qara qu quşu” Priqojinin üsyanı idi, belə “qara qu quşu” Bəşər Əsədin devrilməsidir və sair. O cümlədən Gürcüstanda da nə olacağı bilinmir. İndiki hakimiyyət özünü nə qədər güclü saysa da, hər şey ola bilər. 3 həftə əvvəl Suriyada da Bəşər Əsəd belə hesab edirdi və hətta onun daha da gücləndiyi deyilirdi. Odur ki, hər şey eyni istiqamətdə gedir. Beləliklə, ABŞ ilə Ukrayna mövzusunda danışıqlarada Putin indiyə qədər “cibində olduğunu” hesab etdiyi mövqelərin bir hissəsini itirir.

Onu da mütləq qeyd etməliyəm ki, Putin üçün vacib fakt və şəxsən özü üçün daxili uğur odur ki, ABŞ onunla birbaşa danışıqlara gedəcək. Çünki o, bütün həyatı boyu buna can atıb. Problem ondadır ki, ABŞ onunla birbaşa danışmaqdan imtina edirdi, bu da onun psixikasına təsirsiz ötüşməyib. Onun bir növ himayədara ehtiyacı olub. Əgər indi Tramp özünü bir tərəfdən yaxşı psixoloq, digər yandan yaxşı danışıqlar apara bilən biznesmen kimi göstərə, bu “himayədarlığı” Putinə sata və onu məlum komplekslər xəstəliyindən azad edə bilsə, bu, ABŞ-yə və onun müttəfiqlərinə əlavə “kozırlar” verəcək. Ukrayna isə Putinin bütünlükdə bu ölkəyə nəzarət iddialarından qurtulmaq imkanı qazanacaq. Çünki faktiki olaraq bu gün döyüş cəbhəsinin haradan keçməsindən asılı olmayaraq, Putinin yekun məqsədi Ukraynaya bütünlükdə siyasi nəzarəti ələ keçirməkdir. O, artıq Ukraynaya ümumi hərbi nəzarəti ələ keçirməyi heç arzulaya da bilmir. 

Bu baxımdan indiki Ukrayna müharibəsi Ukraynanın qələbəsi kimi qiymətləndirilə bilər. Ancaq 2025-ci ildə Ukraynada keçiriləcək seçkilərdən Putin Ukraynaya siyasi nəzarəti əldə etmək üçün fürsət kimi istifadə edə bilər. O, kimisə açıq şəkildə olmasa da mütləq dəstəkləyəcək. Həmin namizəd əlbəttə ki, açıq rusiyapərəst olmayacaq. Amma o, müharibənin olmaması, bunun üçünsə Rusiya ilə dayanıqlı sülhün əldə olunması, Ukraynanın yeganə təhlükəsizlik təminatının da məhz bu olması, Qərbin belə təminatlar verə bilməməsi mövqeyindən çıxış edəcək. Sonda yeni rəhbərliyi Ukrayna xalqı seçəcək və bu zaman onun müharibədən yorulduğu üçün belə şərtlərə “şirniklənəcəyi” də istisna edilə bilməz. Odur ki, bir qədər də gözləmək lazımdır...”

C.Məmmədov

“AzPolitika.info”  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Dekabr 2024 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see186

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see144

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see141

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see132

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see132

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see124

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see124

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri