Icma.az
close
up
RU
Ukrayna tükənir: Kiyevin aqibəti necə olacaq? (ŞƏRH)

Ukrayna tükənir: Kiyevin aqibəti necə olacaq? (ŞƏRH)

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Ukrayna artıq tükənib".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Rusiya ilə 34 aya yaxın davam edən müharibədə Ukaynanın vəziyyətini şərh edərkən deyib.

Arif Əliyev bildirib ki, Rusiya ilə müharibədə Ukraynanın gücü əhəmiyyətli dərəcədə tükənib. Ukraynada nəinki təkcə hərbi sursat problemi var, bununla paralel olaraq ordunun canlı qüvvə sarıdan təmin edilməsində də problemlər yaşanır:

"Ona görə də artıq ölkədə çağırış yaşının aşağı, hətta 17 yaşa qədər salınması məsələsi müzakirə edilir. Bunu hətta Qərb də Kiyevdən tələb edir. Yəni onlar canlı qüvvənin Kiyev tərəfindən təmin edilməsini tələb edirlər. Əvəzində Ukraynanı hərbi texnika ilə təmin edəcəklərinə söz verirlər. Bu mənada, Ukraynanın tükəndiyi başa düşüləndir. Ölkə 3 ilə yaxındır müharibə aparır. Ukraynanın yarısı dağılıb, enerji strukturu bərbad gündədir, daxili resursları çox məhduddur, istehsal dağıdılıb. Ona görə də Ukraynanın vəziyyətini başa düşmək olar". 


Ekspert qeyd edir ki, Kiyevin gələcək taleyi xeyli dərəcədə ABŞ-ın yeni prezidentinin mövqeyindən asılı olacaq:

"Qərbin sonradan prosesdə necə iştirak edəcəyi, Ukraynanın istədiyi hərbi sursatı verib-verməyəcəyi isə siyasi qərardan asılıdır. Xeyli dərəcədə də Trampın mövqeyindən asılı olacaq. O, qeyri-rəsmi də olsa Ukrayna ilə bağlı yekun planını açıqlayıb. Həmin plan heç də Kiyevin istəklərinə uyğun gəlmir". 

Qeyd edək ki, 3 ilə yaxındır davam edən müharibə Ukraynanı xeyli dərəcədə yorub. "The Wall Street Journal"a (WSJ) ukraynalı mənbəyə istinadən bildirir ki, Kiyev 2025-ci ildə müharibəni davam etdirmək üçün 126 milyard dollar istəyir. Halbuki, Qərb NATO-nun 9-11 iyuldakı Vaşinqton sammitində gələn il üçün Ukraynaya 43,3 milyard dollar yardım ayırmaq qərarına gəlib. 

Başqa bir tərəfdən, ABŞ-ın yeni prezidenti Donald Tramp müharibəni donduracağına söz verməklə yanaşı, Kiyevə dəstək göstərilməsini də öz boynundan atıb, Avropa İttifaqının üzərinə qoymaq istəyir. Digər tərəfdən, Ukrayna əhalisinin də müharibədən yorulduğu hiss olunur. 

"Gallup"un son sorğusuna görə, Ukrayna sakinləri artıq üçüncü ildir ki, müharibədən yorğunluq hiss edirlər. Rusiya tərəfindən işğal olunmayan ərazilərdə əhalinin yarıdan çoxu (52%) hərbi əməliyyatların "mümkün qədər tez" başa çatması üçün danışıqların başlanmasını dəstəkləyir. 2023-cü ildə belə düşünən Ukrayna vətəndaşlarının sayı 27% olub. 

Rüfət Sultan


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 Dekabr 2024 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri