Icma.az
close
up
RU
Ukrayna üçün 50 min nəfərlik hərbi kontingent: Sülh zəmanətimi, yoxsa güc nümayişimi? MÜSAHİBƏ

Ukrayna üçün 50 min nəfərlik hərbi kontingent: Sülh zəmanətimi, yoxsa güc nümayişimi? MÜSAHİBƏ

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukraynada mümkün atəşkəsdən sonra bölgədə təhlükəsizlik arxitekturasının necə qurulacağı Qərbin əsas strateji gündəmlərindən birinə çevrilib.

Bakıvaxtı.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronun verdiyi məlumata əsasən, Fransa və Britaniya 50 min nəfərlik birgə ekspedisiya qüvvəsi hazırlayır. Bu kontingent gələcəkdə Ukraynada sülhə nəzarət edən beynəlxalq qüvvələrin nüvəsini təşkil edə bilər. Məsələnin geosiyasi, hərbi və diplomatik nəticələri artıq geniş müzakirələrə səbəb olub.

Bakıvaxtı.az mövzu ilə bağlı politoloq Züriyə Qarayeva fikirlərini bölüşür.

- Fransa və Britaniyanın planlaşdırdığı 50 minlik ekspedisiya qüvvəsi Ukraynada real şəkildə yerləşdirilə bilərmi? Bu, nə qədər gerçəkdir?

- Texniki baxımdan belə bir qüvvə hazırda mövcuddur və təlimlərdə iştirak edir. Amma Ukraynada yerləşdirilməsi üçün hüquqi-siyasi zəmin vacibdir. Yəni ya Ukrayna tərəfindən rəsmi dəvət olmalıdır, ya da beynəlxalq mandat (məsələn, BMT və ya geniş Avropa razılaşması). Hazırkı mərhələdə bu daha çox post-münaqişə dövrü üçün hazırlıqdır, birbaşa döyüş zonasına daxil olmaqdan söhbət getmir. Siyasi mesaj kimi isə bu, Rusiyaya yönəlik açıq siqnaldır: “Qərb sülh prosesində fiziki iştirak etməyə hazırdır.”

- Rusiya bu açıqlamaya necə reaksiya verəcək?

- Təbii ki, Moskvanın reaksiyası sərt olacaq. Kreml bu bəyanatı Qərbin “yeni müdaxilə cəhdi” kimi təqdim edəcək. Ritorik cavabla yanaşı, Rusiya sərhədlərində hərbi təlimləri artıracaq, informasiyaya nəzarəti gücləndirəcək, hətta ciberməkanlarda hücumları aktivləşdirə bilər. Amma bu kontingentin yerləşməsi real təhlükə doğursa, Rusiya siyasi-diplomatik səviyyədə daha aqressiv mövqe ortaya qoya bilər.

- NATO-nun bu qüvvələr üzərində nəzarəti məsələsi gündəmdədir. Bu, NATO–Rusiya münasibətlərini necə dəyişə bilər?

- Əgər bu kontingent tam şəkildə NATO strukturuna daxil edilərsə, bu, artıq Rusiyanın “qırmızı xətlərindən” birinin keçilməsi kimi qiymətləndiriləcək. Amma real ehtimal odur ki, Fransa və Britaniya bu qüvvəni NATO-dan formal olaraq kənarda saxlayacaq, lakin əməliyyat və koordinasiya baxımından NATO ilə sıx əməkdaşlıq edəcək. Bu, həm Qərbin manevr imkanlarını artırır, həm də açıq eskalasiyanın qarşısını alır.

- Bu qüvvələr Ukraynada sülhə zəmanət verə bilərmi?

- Yalnız bu cür kontingentlə sülhə zəmanət vermək mümkün deyil. Amma bu qüvvələr atəşkəs rejiminin monitorinqi və sabitliyin təminatı üçün vacib elementlərdən biri ola bilər. Əgər tərəflər sülhə imza atarsa, bu cür qüvvə qarşılıqlı inamı gücləndirə, təxribatların qarşısını ala və yeni təhlükəsizlik çərçivəsinin texniki təminatçısına çevrilə bilər.

- Sizcə, bu proses sülhə yaxınlaşmadır, yoxsa gərginliyin artmasıdır?

- Bu, ikisinin də kəsişmə nöqtəsindədir. Əgər diplomatik danışıqlar irəliləyərsə, bu kontingent sülhü təmin edən mexanizm olacaq. Əks halda, bu qüvvənin varlığı Rusiya üçün təhlükə kimi görünəcək və gərginliyi artıracaq. Amma istənilən halda, bu addım Qərbin Ukraynanı tək buraxmamaq iradəsinin ciddi göstəricisidir. Və bu iradə həm Kremlə mesajdır, həm də Kiyevə zəmanət.

Zülfü Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 İyul 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri