Icma.az
close
up
RU
Bu şəhərlərin ləqəbləri var Fotolar

Bu şəhərlərin ləqəbləri var Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Dünyanın bir çox şəhərləri yalnız tarixi və memarlığı ilə deyil, həm də onlara verilmiş maraqlı ləqəbləri ilə yadda qalır. Hər ləqəb şəhərin tarixindən, mədəniyyətindən və bəzən də əhval-ruhiyyəsindən izlər daşıyır. Bəziləri ilə əvvəllər rastlaşmış ola bilərsiniz, bəziləri isə sizi təəccübləndirəcək.

“Qafqazinfo” bu yazıda sizləri Qahirədən başlayaraq Avropanın ən gözəl şəhərlərinə səyahətə çıxarır və hər birinin məşhur, eləcə də, maraqlı ləqəblərini təqdim edir:

Dünyanın anası: Qahirə

Dünyanın ən qədim şəhərlərindən biri olan Qahirə indi təxminən 10 milyon əhalisi olan nəhəng bir metropoldur. Qədim Misirin möhtəşəm tarixi ilə zəngin olan Qahirənin ləqəbi onun qədim əzəmətindən irəli gəlir. Dünyanın anası (Ümm əl-Dünya) Qahirə tarixi macəra həvəskarları üçün mütləq görülməli bir yerdir.

Dunayın incisi: Budapeşt

Dunay çayının sahillərində inşa edilmiş Buda və Peştin qovuşması ilə əmələ gələn Budapeşt şəhəri Dunayın ən gözəl şəhərlərindən biridir.

La Serenissima (Ən xoşbəxt, dinc Yer): Venesiya

İtaliyanın ən romantik şəhəri olan Venesiya əsrlər boyu dinc və sakit atmosferi ilə tanınır. Venesiyanın əvvəlki adı və indiki ləqəbi olan La Serenissima da buradan gəlir. İtalyan dilində “ən xoşbəxt yer” mənasını verən La Serenissima Venesiyaya çox yaraşır.

La Città Eterna (Əbədi şəhər): Roma

Hər yolun apardığı şəhər olan Roma əsrlərdir La Città Eterna, yəni Əbədi şəhər kimi tanınır. La Città Eterna adı tarix boyu müxtəlif şairlər, yazıçılar və tarixçilər tərəfindən Roma irsinin əbədi mahiyyətini və onun əhəmiyyətli tarixi, mədəni və mənəvi töhfələrini əks etdirmək üçün istifadə edilib. Roma tarixini nəzərə aldıqda, bu adın nə qədər uyğun olduğunu müzakirə etməyə ehtiyac yoxdur.

Bənövşə taclı şəhər: Afina

Klassik ədəbiyyatda Afina bəzən “Bənövşə taclı şəhər” adlandırılırdı. Şəhərin ləqəbi ilə bağlı bir neçə nəzəriyyədən biri də onun Yunanıstanın əvvəlki adının tərcüməsi olan İoniyanın (Kral İonun adını daşıyır) tərcüməsi ilə əlaqəli olmasıdır. İon yunan dilində bənövşə deməkdir və Kral İonun tacqoyma yeri Afinada idi. Başqa bir nəzəriyyə isə onun yunan şairi Pindanın şeirindəki bir misradan qaynaqlandığıdır. Şeirdəki misra belədir: “İşıq şəhəri, bənövşə taclı, şairlərin sevimlisi, sən Yunanıstanın qalasısan”.

La Dotta, La Grassa, La Rossa: Boloniya

Boloniya Şimali İtaliyadakı Emiliya-Romaniya bölgəsinin paytaxtı və ən böyük şəhəridir. Şəhərin mətbəxi ilə məşhurluğu ona “şişman” mənasını verən “La Grassa” ləqəbini qazandırıb. Şəhərə verilən digər bir ləqəb “qırmızı” mənasını verən “La Rossa”dır. Bu ləqəb tarixi şəhər mərkəzindəki binalardakı kərpiclərin rənginə istinad edir. “Alim” mənasını verən “La Dotta” ləqəbini 1088-ci ildə qurulan və dünyanın ən qədim və ən nüfuzlu universitetlərindən biri olan universitetdən götürüb.

Tigerstaden (Pələng şəhər): Oslo

Oslonun ləqəbi olan “Pələng şəhər” şair və siyasətçi Bjornstjerne Bjornson tərəfindən yazılmış bir şeirdən gəlir. Pələngin atla döyüşməsini təsvir edən şeirin şərəfinə Oslonun qatar stansiyasının qarşısında pələng heykəli də qoyulub.

Mokum: Amsterdam

Amsterdamın bir çox ləqəbi var. Onlardan ikisi “Azadlıq şəhəri” və “Şimalın Venesiyası”dır. Amsterdama həm də Mokum deyilir. İbranicə Makomdan gələn Mokum “təhlükəsiz yer” deməkdir. Dünyanın ən yüksək həyat standartlarına malik şəhərlərindən biri olan Amsterdam bu ləqəbə layiqdir. 

100 qülləli şəhər: Praqa

Çexiyanın paytaxtı Praqa “100 qülləli şəhər” ləqəbi ilə tanınır. Orta əsr memarlığının qorunub saxlanıldığı valehedici bir atmosferə sahib olan Praqa hər küncdən ucalan qüllələr sayəsində bu ləqəbi qazanıb. 

İşıqlar şəhəri: Paris

Aşiqlər şəhəri, romantika şəhəri, incəsənət şəhəri... Parisin min bir ləqəbi var, amma ən məşhuru “İşıqlar şəhəri”dir, çünki elektrik enerjisi ilə işıqlandırılan ilk şəhər olmaq xüsusiyyətinə malikdir.

Barna: Barselona

Barsa haqqında düşündüyünüz zaman ağlınıza Barselona gələ bilər. Şəhər haqqında danışarkən Barsadan bəhs etsəniz, deməliyik ki, İspaniyada yerli sakinlər yalnız “Barselona” Futbol Klubuna bu adla müraciət edirlər. “Barselonanın yerli sakinlər üçün ləqəbi nədir?” deyə soruşsanız, deyə bilərik ki, bu, Barselonanın qısaltması olan Barnadır. Öz aralarında danışarkən Barselonaya Barna deyərlərsə, təəccüblənməyin.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:263
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Noyabr 2025 08:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri