Icma.az
close
up
RU
Ukrayna üçün kritik saatlar Trampın şərtləri qəbul edilir?

Ukrayna üçün kritik saatlar Trampın şərtləri qəbul edilir?

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Trampın xüsusi elçisi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner bu gün sülh planını müzakirə etmək üçün Moskvaya səfər edəcəklər. Bu barədə  “Frans-press” agentliyinin məlumatında bildirilib. Məlumata görə, Uitkoffun çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır. Trampın xüsusi elçisi Den Driskolun da bu həftə Kiyevdə olacağı gözlənilir.

Bəs görüşdən gözləntilər nələrdir? 

Moskvaya və Kiyevə səfərlərdən sonra ABŞ-ın irəli sürdüyü sülh planının Ukrayna-Rusiya münaqişəsinə real təsir göstərəcəyi ehtimalı nə qədərdir?

Moderator.az-a danışan politoloq Elşad Həsənov bildirib ki, Tramp administrasiyası son günlər Rusiya–Ukrayna müharibəsinin dayandırılması istiqamətində səylərini gücləndirib:

“Vaşinqtonda hazırlanmış 28 bəndlik sülh planı  Cenevrədə müzakirə olundu. Planın mərkəzində Ukraynanın suverenliyi və təhlükəsizliyi məsələsi dayanır. Rusiya işğal olunmamış Donetsk, Luqansk, Zaporojye və Xerson ərazilərinin verilməsini tələb edir. Tramp administrasiyası bu məsələdə müəyyən kompromisə meylli görünsə də, Kiyev buna heç bir halda razılıq vermir. 

 Dünən Mayamidə Ukrayna nümayəndə heyəti — Rüstəm Umerovun rəhbərliyi ilə — Uitkoff, Kuşner və senator Marko Rubio ilə görüşüb. Umerov danışığın normal keçdiyini bildirib, lakin detalları sonra açıqlayacağını deyib. Uitkoffun rəhbərlik etdiyi qrup bu gün Moskvaya uçmağı planlaşdırır. Peskovun açıqlamasına görə, Rusiya prezidenti  onları çərşənbə axşamı qəbul edəcək. Bundan sonra isə Driskolun Kiyevə səfəri gözlənilir. Yəni Tramp tərəflərə müharibənin dayandırılması üçün ciddi təzyiq göstərir.”

Ekspertin sözlərinə görə, Kiyevdə Andrey Yermakın istefaya göndərilməsi də bu prosesin tərkib hissəsi hesab olunur:

“Yermak torpaqların heç bir halda verilməməsi, döyüşlərin davam etdirilməsi ilə bağlı sərt mövqeyi ilə tanınırdı. Onun istefası  daxili korrupsiya qalmaqalları fonunda baş verdi. Energetika sahəsində 100 milyonlarla dolların yeyintisi iddiası da buna təkan oldu. Yermak artıq Ukraynanı tərk edib. Zelenski ilə onun çoxdankı dostluğu, hələ 1995-ci illərdə birgə hazırladıqları layihələrdən başlayıb və uzun illər davam edən əməkdaşlıqlarına qədər uzanır. Yermak istefa verərək zərbəni öz üzərinə götürüb.  Bundan sonra növbəti addım kimi, Zelenskinin də korrupsiya məsələlərində adı gündəmə gətirildi. Ukrayna mediası bu haqda yazır.

 Amma müharibəni bitirmək üçün Zelenski lazım olan addımları atacaq. Lakin torpaq güzəştlərinə heç vaxt razı olmayacaq. Eyni zamanda, Rusiya dəfələrlə bəyan edib ki, onun planları yerinə yetirilməsə, müharibəni dayandırmayacaq”.

Politoloq əlavə edib ki, Rusiyanın əsas məqsədi Ukraynanı işğal etmək və oradakı millətçi qüvvələri hakimiyyətdən uzaqlaşdırmaqdır:

“Amma dörd illik müharibə nəticəsində Rusiya Ukrayna torpaqlarının cəmi bir faizini işğal edə bilib, yəni öz məqsədinə nail olmayıb. Putinin müharibəni dayandırmaq niyyəti yoxdur. Çünki bu baş verərsə, Rusiyada çaxnaşma və iqtisadi dağılmalar qaçılmaz olacaq. Çünki iqtisadi vəziyyət hazırda çox çətindir, demək olar ki, iqtisadiyyat çökür. Dövlət müharibədən qayıdan əlil insanlara və keçmiş hərbçilərə maliyyə dəstəyi verə bilmirlər. Bir neçə vilayət və muxtar respublikada  maliyyə dəstəyi  dayandırılıb, bu isə əhalinin ciddi narazılığına səbəb olub.

ABŞ prezidenti Donald Tramp sülh üçün ciddi səylər göstərsə də, onun müharibəni dayandırmaq şansı azdır. Rusiyanın təkliflərini Ukrayna qəbul etmir. Ukrayna isə Rusiya təkliflərini qəbul etmir. Əgər Tramp müharibəni dayandıra bilsə, gələcəkdə danışıqlar yolu ilə bir çox məsələləri həll etmək mümkün olar. Hesab edirəm ki, Ukrayna–Rusiya münaqişəsinin bu il ərzində bitməsi gözlənilmir”.

Mehin Mehmanqızı 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Dekabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri