Icma.az
close
up
RU
UKRAYNA ÜÇÜN TƏSLİMÇİ SÜLH PLANI Zelenski buna razı olarsa, ölkənin suverenliyi təhlükə altına düşəcək

UKRAYNA ÜÇÜN TƏSLİMÇİ SÜLH PLANI Zelenski buna razı olarsa, ölkənin suverenliyi təhlükə altına düşəcək

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

ABŞ Prezidenti Rusiya-Ukrayna müharibəsinin yekunlaşdırılması ilə bağlı müzakirəyə çıxarılan Donald Trampın “28 bəndlik sülh planı” qəhrəman Ukrayna xalqının təslimçi və alçaldıcı sülhə məcbur etməkdən başqa bir şey deyil. Əgər Ukrayna prezidenti Vladimir Zelenski belə bir təslimçi sülhə razı olarsa, bu təkcə Ukrayna üçün deyil, postsovet ölkələrinin ərazi bütövlüyü və suverenliyi üçün çox ciddi təhlükəli perspektivlər vəd edir.

Vaxtaşırı Rusiyanın siyasi dairələrindən keçmiş SSRİ Respublikalarının suverenliyini və ərazi bütövlüyünü təhdid edən açıqlamaların verilməsi bunun əyani sübutudur. Hesab edirəm ki, Avropa dövlətləri də bu təhlükələrdən sığortalanmayıb. Düzdür bu müharibənin qələbə ilə başa çatması hər iki tərəf üçün “olum və ölüm” məsələsidir. Xüsusilə, dünyanın ən güclü ikinci ordusuna malik, bir çox təbii resurlarına və ərazisinə görə birinci, dünyanın ən böyük ikinci nüvə dövləti olan Rusiya üçün isə “olmazsa-olmaz”dır. Çünki, Rusiya bu müharibədə məğlub edilsə, bu imperiya dövlətinin çöküşünü labüd edəcəkdir. 

Bu baxımdan ola bilər ki, Putin bu rüsvayçılıqdan özünü və Rusiyanı sığortalamaq üçün Rusiyanın başqa regionlarda bir çox strateji maraqlarını ABŞ-a güzəştə gedib. 08 avqust tarixində Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin ABŞ-da D.Trampın vasitəçiliyi ilə paraflanması, daha sonra Orta Asiya dövlət başçılarının ABŞ-a dəvət edilməsi ABŞ-la Rusiya arasında belə bir “siyasi bazarlaşma”nın olduğuna əsas verir. Yeri gəlmişkən bu “bazarlaşmaya” Suriyanı da aid etmək olar. Hətta ola bilər ki, Tramp Rusiyanın nadir torpaq elementlərinə çıxış da əldə edib. Amma D.Tramp Putinin nə qədər hiyləgər olduğunun fərqində deyil. Yadından çıxarır ki, Rusiya ilə bağlanan sazişlər mərhum çeçen lideri C.Dudayevin təəbirincə desək, “ruslarla bağlanan müqavilə suda yazılan yazı kimidir”. Bunun ən bariz sübutu 1994-cü il Budapeşt Memorandumuna əsasən Ukraynanın ərazi bütövlüyü və suverenliyinə təhlükəsizlik zəmanəti verən Rusiyanın bu gün Ukrayna ərazisində heç bir beynəlxalq hüquq və bəşəri dəyərə sığmayan işğalçı müharibə aparmasıdır. Görünən odur ki, D.Tramp siyasətçi kimi strateq deyil, daha çox populist siyasətçidir. Özünü dünyaya “Sülh göyərçini” kimi göstərmək və “Nobel sülh mükafatı”nı almaq üçün dəridən qabıqdan çıxır. Hətta etmədiyi işləri də yalandan öz adına çıxır. Məsələn deyir ki, Azərbaycanla Ermənistan arasında müharibəni mən dayandırmışam. Azərbaycan dövləti 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə isə 1 günlük lokal xarakterli antiterror əməliyyatı ilə düşməni əzici zərbə ilə məğlub edərək öz ərazi bütövlüyünü bərpa edərək müharibəni bitirib. Adama deyərlər, sən onda hardaydın. Müharibə bitirən idinsə birinci prezidentlik müddətində bitirərdin də. Bu adam biznesmendir, hər şeydən pul qazanmağı düşünür. Hazırda Rusiya-Ukrayna müharibəsindən ən çox pul qazanan da ABŞ-dır, müharibə dayansa da ən çox pul qazanan ABŞ olacaq, hətta Azərbaycan-Ermənistan arasında imzalanacaq sülh sazişindən də ABŞ pul qazanacaq. Bu gün Tramp üçün Ukrayna xalqının ərazi bütövlüyü və suverenliyi qətiyyən maraqlı deyil. Tramp istəyir ki, nəyin bahasına olursa-olsun Rusiya ilə Ukrayna arasında özünün iştirakı ilə “sülh müqaviləsi” imzalansın. Müharibədən sonra həm Ukraynanın, böyük ehtimalla Rusiyanın da təbii resurslarından milyardlar qazansın. Bu il ala bilməsə də, gələn il Nobel mükafatını alsın. Bir sözlə bu adam üçün pul və özünə vurğunluğu bütün bəşəri dəyərlərin və beynəlxalq hüququn fövqündə dayanır. Lakin, düşünmür ki, onun bu siyasəti dünyada ABŞ-a olan etimadı və inamı da ciddi şəkildə sarsıdır.

Düşünürəm ki, Avropa dövlətləri Trampın bu siyasətinə qarşı dirəniş göstərəcəklər və Ukrayna dövlətini və xalqını tək buraxmayacaqlar. Əks halda dünyada çox ciddi siyasi təlatümlər qaçılmaz ola bilər. Bu gün dünyanın bütün rasional düşüncəli, ədalətli və vicdanlı insanları da Ukrayna dövlətinin və xalqının yanında olmalıdır. Qəhrəman Ukrayna xalqına dözüm və qələbə arzulayıram...

Taliyət ƏLİYEV, 

ADP sədrinin müavini 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 Noyabr 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see188

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see174

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see135

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri