Icma.az
close
up
RU
Avropa təslimçi sülhə razı olmayacaq

Avropa təslimçi sülhə razı olmayacaq

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


"Avropa və NATO rəhbərliyinin Trampın planlarına rəğmən Ukraynanın yanında olacağına vəd verməsi əslində normal insanı təfəkkürün nəticəsidir. Milyonlarla insanın həlak və əlil olduğu, torpağından, ev-eşiyindən didərgin düşdüyü bir durumda Trampın buna rəğmən ABŞ-ın Ukraynaya etdiyi maddi yardımın əvəzini geri almaq dərdinə düşməsi heç bir əxlaq normalarına sığışmayan haldır. Xüsusən də, tək ABŞ yox, Çin, Böyük Britaniya, Fransa, hətta Rusiyanın özünün 1995-ci il Budapeşt razılaşmasına əsasən Ukraynaya təhlükəsizlik qarantiyası verdiyi halda".
Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. O deyib ki, əslində Ukraynaya yardım etmək bu ölkələrin birbaşa mənəvi borcu idi:
"İndiyə kimi edilən pis-yaxşı yardımların, hansı ki, bunu qənaətbəxş hesab etmək olmaz, indi hesabını aparmaq, əslində Sovet İttifaqı dağılandan sonra moddan düşmüş "imperialist kapitalist dünya" anlamının yenidən dirilməsi kimi qəbul etmək olar".
Azər Qasımov deyib ki, Avropa Trampın iqtisadi təzyiqləri fonunda Ukrayna müharibəsinin həllindən də kənarda qalmasını özünə təhqir kimi qəbul edir:
"Səudiyyə Ərəbistanında Trampın komandasının Rusiya ilə görüşü fonunda bütün Avropa liderlərinin qeyri-rəsmi toplantısının çağrılması istəyi də onu göstərir ki, ABŞ-ın indiki durumda apardığı siyasətdən sonra Avropa artıq öz başının çarəsinə baxmağa məcbur olur. NATO Baş katibi Mark Rutte də Trampa rəğmən Ukraynanın yanında olacaqlarını dəfələrlə söyləyib. Zelenski də onlarsız və Ukraynanı qane etməyən şərtlərlə razılaşmayacaqlarını bəyan edib.
Görünən odur ki, Trampın Putinlə nə razılığa gəlməsindən asılı olmayaraq müharibənin uzanması üçün hələlik şərtlər müsait deyil. Avropa təslimçi sülhə razı olmayacaq. Bu, Avropanın təhlükəsizliyini təhlükə altına qoyacaq. Hesab edirəm ki, Tramp son nəticədə NATO və Avropanın yanında olmağa məcbur qalacaq".
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 17 Fevral 2025 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri