Icma.az
close
up
RU
Ukrayna üçün Türkiyə çətiri və Moskva ilə Vaşinqtona mesaj “Bizsiz olmaz!”

Ukrayna üçün Türkiyə çətiri və Moskva ilə Vaşinqtona mesaj “Bizsiz olmaz!”

Icma.az, Ayna saytına istinadən bildirir.

Toğrul İsmayıl: “Avropanın göbəyində olan bir münaqişə ilə bağlı Türkiyə olmadan, ümumilikdə Avropa olmadan müzakirə aparmaq, hansısa razılaşmalar əldə etmək mümkün deyil”

Fevralın 18-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edib. Görüşün əsas mövzusu iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi və Ukraynanın ərazi bütövlüyü məsələsi olub. Zelenski görüşdə dəfələrlə Türkiyənin Ukraynaya verdiyi dəstəyin vacibliyini vurğulayıb və  bu dəstəyin həm regionda, həm də beynəlxalq aləmdə sabitlik və təhlükəsizliyin qorunmasında mühüm rol oynadığını qeyd edib.

“Türkiyə Ukrayna böhranının sülh yolu ilə həllinə dair Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə mümkün danışıqlar üçün ideal məkandır”. Bu sözləri isə Türkiyə lideri səsləndirib.

"Türkiyə qarşıdakı dövrdə Rusiya, Ukrayna və ABŞ arasında mümkün danışıqlar üçün ideal yerdir", - Ərdoğan xüsusilə qeyd edib.

Dövlət başçısı bildirib ki, Zelenski ilə görüşdə o, Türkiyənin danışıqlar prosesini davamlı sülhlə başa çatdırmaq üçün hərtərəfli yardım göstərməyə hazır olduğunu vurğulayıb. Ərdoğan Rusiya ilə Ukrayna arasında “çox sayda günahsız insanın ölümünə və böyük dağıntılara səbəb olan” müharibənin dərhal dayandırılmasının zəruriliyini bəyan edib: “Sülhün əldə edilməsində uduzan yoxdur, indi bütün dünya birliyi Rusiya ilə Ukrayna arasındakı müharibədə sülhün əldə olunmasını gözləyir”.

Eyni zamanda Ərdoğan Ukraynanın ərazi bütövlüyü və suverenliyinin Türkiyə üçün əvəzsiz şərtlər olduğunu vurğulayıb.

Yerli və beynəlxalq analitiklər hesab edirlər ki, Zelenskinin Türkiyə səfəri ABŞ və Rusiya arasında gedən danışıqlara olan narahatlıqdan irəli gəlir. Bildirilir ki, ABŞ və Rusiya arasında aparılan danışıqların Ukraynasız baş tutması Zelenskinin narahatlığını artıran əsas faktor olub. Ekspertlərin qənaətincə, Ukrayna bu sövdələşmələrdən kənarda qaldıqca ölkə üzərindəki təzyiqlər daha da artacaq. Zelenski Ərdoğanın ABŞ Prezidenti Donald Trampla olan münasibətini göz önündə tutaraq, Türkiyə ilə əlaqələri gücləndirmək istəyir.

Mövzu ətrafında AYNA-nın suallarını cavablandıran Kahramanmaraş Sütçü İmam Üniversitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor, azərbaycanlı analitik Toğrul İsmayıl deyib ki, məsələni 2022-ci ildən sonraya yox, müharibənin əslində başladığı 2014-cü ildən sonraya baxaraq şərh etmək lazımdır:

- Həmin dövrdə əslində Qərb dövlətləri Krım və Donetsk bölgəsinin Rusiya işğalında olmasına o qədər də ciddi yanaşmırdılar. Hesab edirəm ki, Rusiyanın ən böyük səhvi 2022-ci ildə hücuma keçməsi və Kiyevi də ələ keçirmək istəyi oldu. Bu, əslində Moskva üçün oyun idi və bu oyuna gəldi. Son üç ildə gedən müharibə Ukraynanın və Rusiyanın hərbi gücünün nə qədər olduğu, xüsusilə də rusların, müharibəyə nə qədər hazır olduğu suallarına aydınlıq gətirdi. Eyni zamanda, Qərbin də yanaşmasının nə olduğu açıq şəkildə bilindi. 2014-cü ildən 2022-ci ilədək Ukrayna istər ABŞ-ın, istərsə də Avropanın dəstəyi ilə müharibəyə hazırlaşdırıldı. Təbii ki, Ukrayna Rusiya qədər hərbi gücə sahib deyil. Lakin unutmaq olmaz ki, Rusiyanın 11 ildə Ukraynanın 20 faiz ərazisini işğal etməsi o qədər də Moskva üçün uğurlu deyil. Söhbət Ukrayna və Rusiyanın hərbi gücünü müqayisə etdikdə gəlinən nəticədən gedir. Rusiyanın hazırkı vəziyyəti də göz qabağındadır. Şimali Koreya ilə hərbi müttəfiqlik yaratdı, koreyalıları orduya cəlb etdi. Eyni zamanda, İranla hərbi müttəfiqliyə can atır, Tehrandan dronlar alır və s. Bəli, Rusiya üçün qazanc az olsa da, bu, Ukrayna üçün böyük itkidir. Həmçinin müharibə Ukrayna ərazisində getdiyi üçün çox böyük itkiləri var. Lakin demək istədiyim odur ki, Rusiya da çöküş astanasındadır. Bu gün Rusiyaya atəşkəs vacibdir. Bunun üçün müəyyən güzəştlərə də getməyə hazırdır. Belə vəziyyətdə ABŞ isə, daha doğrusu, Donald Tramp adminstrasiyası iqtisadi oyun oynayır. Vaşinqton indi Ukraynasız danışıqlara getməklə Rusiyadan nə qopara biləcəyini dəyərləndirir. Tramp məsələni alver predmetinə çevirir. Qarşıdakı müddətdə isə daşlar yerinə oturacaq. Məsələ heç də sadə deyil. Zelenskinin Türkiyəyə səfəri və verilən bəyanatlar isə əslində ABŞ və Rusiyaya bir mesajdır.

- Türkiyə mesajı budur ki, alverə imkan verməyəcək?

- Məsələ ABŞ-Rusiya alverinə imkan verməməkdə deyil. Avropanın göbəyində olan bir münaqişə ilə bağlı Türkiyə olmadan, ümumilikdə Avropa olmadan müzakirə aparmaq, hansısa razılaşmalar əldə etmək mümkün deyil. Nəzərə almaq lazımdır ki, Türkiyə də bir Avropa ölkəsidir. Eyni zamanda, Ukrayna Türkiyənin dəniz qonşusudur, eyni region ölkələridirlər.Eyni zamanda, söhbət Ukraynadakı münaqişədən gedirsə, Ukraynasız bu münaqişəni həll etmək mümkün deyil. Bilirsiniz, Qara dəniz bölgəsindəki problemi Türkiyəsiz həll etmək mümkündürmü? Əlbəttə, mümkün deyil. Türkiyənin də, Ukraynanın da mesajı məhz budur. Zelenski bunu yaxşı başa düşür və ABŞ-Rusiya danışıqları gedən vaxt gəldiyi yer Ankara oldu.

- Zelenski Ankaradan bu dəstəyi aldımı?

- Türkiyənin, liderinin mövqeyi konkretdir: Ukraynanın ərazi bütövlüyü təmin olunmalıdır, suverenliyi saxlanılmalıdır. Yəni Ankaranın münaqişənin ilk başından tutduğu mövqe dəyişməyib. Ərdoğanın Zelenski ilə görüşündə Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin Ankara tərəfindən dəstəkləndiyini bəyan etməsi hesab edirəm ki, ABŞ-dan çox Rusiyaya verilən mesaj idi. Çünki Amerikanın bu məsələlər çox da marağında deyil. Vaşinqton üçün önəmli olan Donetsk bölgəsi də daxil olmaqla, sərbəst ticarət ərazisinin yaradılması, Ukraynanın da təbii sərvətlərini öz istəklərinə uyğun istifadə etməkdir.

- Bundan sonrakı prosesləri necə proqnozlaşdırmaq olar?

- Hesab edirəm ki, ABŞ-Rusiya, Avropa-Rusiya münasibətlərində yeni dönəmin başlanğıcıdır. Bu, müharibənin bitməsi anlamına gəlmir. Bəlkə də ilkin olaraq, keçici atəşkəs əldə olunsun. Yəni tərəflər bəlli bir nöqtədə qalırlar və atəşkəs əldə edilir. Bir növ, münaqişə dondurulur. Atəşkəs isə müharibənin bitməsi demək deyil. Baxın, 2014-cü ildə də atəşkəs oldu, münaqişə donduruldu, lakin 2022-ci ildə yenidən alovlandı. Ola bilər ki, yenə də atəşkəs olacaq və sülh sazişi üçün uzunmüddətli danışıqlar başlayacaq. Sülhü əldə etmək isə elə də sadə deyil.

- Rusiya-Ukrayna müharibəsində atəşkəs əldə edilməsi üçün ilk danışıqlar İstanbulda olmuşdu. Ərdoğan Zelenski ilə görüşündə bir daha bəyan etdi ki, Türkiyə ideal ev sahibidir. Ola bilərmi ki, yenidən Kiyev-Moskva görüşü və danışıqları Türkiyədə baş tutsun?

- Əslində Türkiyədə görüş, müzakirələr daha səmərəlidir. Məsələn, əvvəl Antaliyada forumda, daha sonra İstanbulda Kiyev-Moskva müzakirələri oldu. Hətta İstanbuldakı görüş daha uğurlu olmuşdu. “Taxıl sazişi”nə nail olunmuşdu. Düzdür, sonra Qərb dövlətlərinin təhriki ilə müəyyən razılaşmalar vardısa da, sonradan gündəmdən düşdü və müharibənin qaynar fazası davam etdi. Demək istəyirəm ki, doğrudan da Türkiyə danışıqlar üçün ideal yerdir. Bura həm Rusiyanın, həm də Ukraynanın qəbul edəcəyi meydandır. Amma Tramp yenə də iqtisadi zehniyyətlə müzakirə platforması kimi Səudiyyə Ərəbistanını seçib. Bunun səbəbi də oldur ki, ABŞ-la Səudiyyə arasındakı yaxşı münasibətlərdir. Eyni zamanda, Səudiyyənin neft ticarəti baxımından Rusiya ilə də münasibətləri normaldır. Lakin Zelenski Səudiyyədə danışıqlardan imtina etdi. Belə olan halda, Türkiyədə danışıqlar aparılması mümkündür. Yenə təkrar edirəm, Avropadakı münaqişəni Avropasız müzakirə etmək, nəticə əldə etmək mümkün deyil.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://ayna.az
archiveBu xəbər 20 Fevral 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri