Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

İrəvan üçün Moskva təhlükəsi və ya Ermənistanı qoruya biləcək Türkiyə “çətiri”

İrəvan üçün Moskva təhlükəsi və ya Ermənistanı qoruya biləcək Türkiyə “çətiri”

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sabiq dövlət müşaviri: “Ermənistanın xilası Avropada yox, elə regionun özündə, Türkiyə və Azərbaycandadır”

Bu günlərdə Ermənistan Parlamenti ölkənin Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsini ikinci və yekun oxunuşda qəbul edib. Sənədin lehinə 64 deputat səs verib, 7 deputat əleyhinə çıxış edib, bitərəf qalan olmayıb. Müxalifətdəki "Ermənistan" fraksiyası isə səsvermədə iştirak etməyib. Hakim "Vətəndaş müqaviləsi" fraksiyasının deputatları qanunun qəbulunu dəstəkləyib, "Şərəfim var" müxalifət fraksiyası isə əleyhinə səs verib.

Qeyd edək ki, yanvarın 9-da Ermənistan hökuməti ölkənin Aİ-yə üzvlüyü ilə bağlı qanun layihəsini təsdiqləyib. Baş nazir Nikol Paşinyan bəyan edib ki, Ermənistanın Aİ-yə üzvlük məsələsi ümumxalq referendumu ilə həll olunmalıdır.

Ermənistan Milli Assambleyasının bu qərarına Rusiyadan reaksiya özünü çox gözlətməyib. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqı (Aİ) arasında seçim etməli olacaq”.  Onun sözlərinə görə, “iki stulda oturmaq mümkün deyil”.

Overçuk vurğulayıb ki, İrəvan Avropaya doğru irəliləyirsə, o zaman Rusiya ilə bütün iqtisadi münasibətlər kompleksinə yenidən baxmaq lazımdır.

Erməni analitiklər hesab edirlər ki, bu qərar Ermənistanın özünün əleyhinədir, çünki Ermənistanı Aİ-yə qəbul etməyəcəklər. Əksinə, Rusiyanın qıcıqlanmasına və İrəvanı cəzalandırmasına səbəb ol biləcək. Rusiyalı politoloq Gevorq Mirzəyan hesab edir ki, Aİ bu cür təşəbbüslərdən Ermənistanı Rusiyanın inteqrasiya orbitindən çıxarmaq üçün istifadə edir: “Qərbin vəzifəsi Ermənistanı istənilən yolla Rusiyanın inteqrasiya məkanından çıxarmaqdır. İrəvanın sonra necə olacağından o qədər də narahat deyil. Hər variant yaxşıdır. Əgər suverenliyi qorumaq və dövləti qərbpərəst etmək mümkün olarsa, bu, Qərb üçün daha yaxşıdır. Bu o deməkdir ki, Ermənistan Cənubi Qafqazda Qərbin bazasına çevrilir”.

“Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan isə düşünür ki, indi Ermənistanın təhlükəsizlik təhdidlərinə baxmaq lazımdır: “Ukrayna nümunəsində Aİ-nin və kollektiv Qərbin Ukraynadan nə istədiyini görürük. Onlar hesab edirlər ki, Kiyev Moskvaya qarşı mübarizədə alətdir. Onlar Ermənistanla da eyni şeyi etmək istəyirlər. Gürcüstanda bunu tez başa düşdülər və buna görə də xilas oldular. Paşinyan isə qərb kuratorlarının sifarişlərini yerinə yetirməklə özünü xilas etmək istəyir”.

Mövzu ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib ki, Ermənistanın Aİ üzvlüyünə qəbulu mümkün görünmür:

- Aİ-nin üzvü olmaq Ermənistan rəhbərliyinin, Paşinyanın xəyalı ola bilər. Amma real üzvlük mümkünsüz görünür. Ümumiyyətlə, Avropanın, yəni Qərbin məqsədi Ermənistanı Rusiyanın nəzarətindən çıxarmaq, öz tərəfinə çəkməkdir. Bunun üçün də Ermənistana vədlər verilib. Lakin bu, uzun illər aparan prosesdir və nəticənin nə olacağını indidən söyləmək mümkün deyil. Aİ Ermənistandan Rusiyaya qarşı alət kimi istifadə edir. Ermənistan da hər zaman olduğu kimi, alət olmaq funksiyasına açıqdır. Xatırlatmaq istəyirəm ki, bir müddət belə alət kimi Gürcüstandan istifadə etdilər. Nəticədə Gürcüstanın başına gələnlər göz qabağındadır. Əraziləri Rusiya tərəfindən işğal edildi, hələ də işğal davam edir. Eyni zamanda, Rusiya əlində olan iqtisadi rıçaqlardan istifadə etdi, Gürcüstan sosial-iqtisadi kataklizmlər yaşadı. Düzdür, Amerika və Avropadan qrantlar, ianələr hesabına ayaqda qalmağı bacardı, amma fakt budur ki, Gürcüstan əraziləri hələ də işğaldadır. Son illərdə Gürcüstan hökumətinin qərblə münasibətləri pozuldu və biz baş verənləri görürük. İndi Ermənistanı da Gürcüstanın taleyini yaşaya bilər.

- Bu günlərdə Rusiyadan Overçukun timsalında İrəvana xəbərdarlıq edildi...

- Fikir verirsinizsə, Ermənistanın Amerikada Co Bayden adminstrasiyasının hakimiyyətdən getdiyi zaman imzaladığı tərəfdaşlıq sazişinə Rusiyadan reaksiya beləı sərt deyildi. Rusiya anlayırdı ki, Baydenlə imzalanan sənəd icra olunmayacaq. İcra olunsa belə, bu, o qədər də təsirli deyil. Amma Aİ-yə üzvlüklə bağlı addımların atılması fərqlidir. Moskva bu siyasəti qardaş xalqı olan Ukraynaya bağışlamayıbsa, Ermənistana heç vaxt bağışlaya bilməz. Bu xəbərdarlıqlar da ondan qaynaqlanır.

- Rusiya Ermənistana qarşı hansı addımları ata bilər?

- Moskvanın İrəvana təsir etmək üçün əlində çoxlu rıçaqlar var. Birincisi, Ermənistanın iqtisadiyyatı demək olar ki, bütünlüklə Rusiyadan asılıdır. Aİİ çərçivəsində mal dövriyyəsindən, Ermənistan mallarının Rusiyaya, digər Aİİ ölkələrinə ixracı, ondan gələn gəlirlər bu ölkənin iqtisadiyyatının çökməsinə imkan vermir. Overçuk ya Aİİ, ya da Aİ deməklə Ermənistana xəbərdarlıq etdi ki, bu üstünlüklərdən məhrum olacaq. İqtisadi vəziyyətin pisləşməsi, sosial fəlakət isə Qərb yolunu tutan Paşinyanın kreslosunu itirməsi ilə nəticələnə bilər ki, onun da yerinə Rusiya öz istədiyi adamı hakimiyyətə gətirəcək. Məlumdur ki, indiki erməni müxalifəti Rusiyanın ayağına düşməyə, təzim etməyə, Rusiyanın marioneti olmağa hazırdır.

Digər tərəfdən, Ermənistan Rusiyanın çətiri altındakı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Düzdür, Ermənistan bu təşkilatda fəaliyyətini dondurub, amma rəsmi çıxmayıb. Ən nəhayət, unutmaq olmaz ki, Ermənistanda hazırda Rusiyanın hərbi bazası mövcuddur. Gümrüdəki hərbi bazanın qalma müddəti isə 2040-cı ilədəkdir. Belə olan halda, Ermənistanın Aİİ-yə yaxın perspektivdə üzvlüyü mümkün görünmür. Məlumdur ki, Ukraynadakı işğalçı müharibəyə görə təzyiq altında olan Rusiyaya qarşı təzyiqlər də azalır, atəşkəs, sülh məsələləri gündəmə gəlir. Yəni ki, Rusiya özünə gəlir. Bu zaman üzünü döndərəcəyi yer məhz Ermənistan olacaq ki, bu da Ermənistan üçün yaxşı heç nə vəd etmir.

- Ermənistanın Rusiya təhdidləri və təhlükələri qarşısında çıxış yolu nədir?

- Ermənistanın bir çıxış yolu var – Azərbaycan və Türkiyə ilə münasibətləri düzəltmək. Bunun üçün də Ermənistan Azərbaycanın haqlı tələblərini yerinə yetirərək sülh sazişini imzalamalı, diplomatik münasibətlər bərpa olunmalıdır. Eyni zamanda, nəqliyyat-kommunikasiyalar açılmalı, Zəngəzur dəhlizi fəaliyyətə başlamalıdır. Bununla yanaşı, Türkiyə ilə sərhədlər açılmalı, yavaş-yavaş Ermənistan iqtisadiyyatını Türkiyə və Azərbaycanla əlaqələndirməlidir, Rusiyanın çətiri altından çıxmalıdır. Yəni Ermənistanın xilası Avropada yox, elə regionun özündə, Türkiyə və Azərbaycandadır. Ermənistanı Rusiyanın qəzəbindən yalnız Türkiyə “çətiri” qoruya bilər. Ona görə də, hesab edirəm ki, Paşinyan ağlını başına yığmalı, düzgün yolu tutmalıdır. Təbii ki, əgər Ermənistanın yaşamasını istəyirsə...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://ayna.az
archiveBu xəbər 29 Mart 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri