Ukrayna üzrə danışıqlara Britaniya, Fransa və Almaniya nümayəndələri də qoşulub
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukraynada keçirilən danışıqlara ABŞ nümayəndə heyəti ilə yanaşı, Böyük Britaniya, Fransa və Almaniyanın nümayəndələri də qoşulub.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff “X” hesabında bildirib.
Onun sözlərinə görə, Qərb ölkələri liderlərinin milli təhlükəsizlik üzrə köməkçiləri Ukraynada ABŞ nümayəndə heyətinə qoşularaq növbəti addımların razılaşdırılmasında iştirak edirlər.
Uitkoff qeyd edib ki, ABŞ nümayəndə heyətində Prezident Donald Trampın kürəkəni Cared Kuşner də yer alır.
Bundan əvvəl Uitkoff Moskva və Kiyevə səfərlərinin yekunları ilə bağlı Ukrayna münaqişəsinin nizamlanmasına dair danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunduğunu bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 08 Sentyabr 2026 09:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















