Ukrayna və Rusiya İstanbul razılaşmalarını aktivləşdirmək barədə razılığa gəlib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kiyev, 15 noyabr, AZƏRTAC
Ukrayna və Rusiya arasında aparılan danışıqlardan sonra tərəflər İstanbul razılaşmalarını aktivləşdirmək və 1200 ukraynalı əsiri azad etmək barədə razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov “Telegram” səhifəsində məlumat verib.
"Ukrayna Prezidentinin göstərişi ilə mən bu yaxınlarda Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindəki tərəfdaşların vasitəçiliyi ilə mübadilə prosesinin bərpası və əsirlərimizin azad edilməsi ilə bağlı məsləhətləşmələr apardım", - deyə Umerov qeyd edib.
Danışıqlar nəticəsində tərəflər İstanbul razılaşmalarını aktivləşdirmək barədə razılığa gəliblər: "Söhbət 1200 ukraynalının azad edilməsindən gedir", - Umerov vurğulayıb.
Tezliklə texniki məsləhətləşmələr keçiriləcək. Tərəflər bütün prosedur və təşkilati məsələləri yekunlaşdırmalıdır.
"Biz əsirlikdən qayıtması planlaşdırılan ukraynalıların Yeni il və Milad bayramlarını evdə - ailə süfrəsində, yaxınları ilə birlikdə qeyd etmələri üçün dayanmadan çalışırıq", - deyə Umerov vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 15 Noyabr 2025 21:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















