Ukrayna Voronej zavodunu hansı raketlə vurub? Müəmma
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyaya məxsus Voronej Yarımkeçirici Cihazlar Zavodunun 900 kilometrdən çox uçuş məsafəsinə malik yeni ERAM qanadlı raketləri ilə hücuma məruz qaldığı ehtimal edilir.
Axar.az xəbər verir ki, bu barədə “Defense Express” (DE) analitik layihəsinin məlumatında bildirilir.
Bəyan edilib ki, X-101 və R-500 qanadlı raketləri üçün elektron komponentlər istehsal edən zavoda adı açıqlanmayan qanadlı raketlərlə zərbə endirilib. Bu isə hücumun hansı silahla həyata keçirildiyi barədə müxtəlif fərziyyələrin və nəzəriyyələrin yaranmasına səbəb olub.
Analitiklərin fikrincə, əsas versiyalardan biri zavodun Böyük Britaniya və Fransanın istehsalı olan, Ukraynanın Rusiya ərazisindəki hərbi obyektlərə qarşı dəfələrlə istifadə etdiyi “Storm Shadow” qanadlı raketləri ilə vurulmasıdır.
Lakin DE vurğulayır ki, adətən “Storm Shadow” raketlərindən istifadə edildikdə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bunu açıq şəkildə bildirir. Bu dəfə isə istifadə olunan zərbə vasitəsi barədə məlumat verilməyib.
“Bu, Ukrayna Hərbi Hava Qüvvələrinin arsenalında olan, lakin hələlik rəsmi şəkildə elan edilməmiş başqa vasitələrin istifadə edildiyi ehtimalını yaradır”, - analitiklər söyləyiblər.
Qeyd edək ki, ötən gün Ukrayna ordusu Rusiyanın Voronej şəhərinə raket zərbələri endirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 23 İyun 2026 08:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















