Ukrayna Voronej və Ulyanovskda mühüm obyektləri vurdu
Icma.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna ötən gecə Rusiyada bir neçə mühüm obyektlərə zərbə endirib.
Sitat.info xəbər verir ki, zərbə hədəflərindən biri Ulyanovsk vilayətinin Novospasski rayonundakı yanacaq-enerji obyekti olub.
Məlumatı vilayətin qubernatoru Aleksey Russkix açıqlayıb: "Düşmən dronları Novospasski rayonundakı yanacaq-enerji müəssisəsinə hücum edib. Təcili yardım xidmətləri hadisə yerindədir. Xahiş edirəm sakit qalın. Yanğınsöndürmə işlərinin gedişi və müəssisədəki vəziyyət barədə sizi məlumatlandıracağam".
Ukrayna həmçinin Wildberries-in Voronej vilayətindəki anbarına zərbə
endirib. Regional qubernator Aleksandr Qusevin sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri Ukrayna Silahlı Qüvvələrinin Voronej vilayətinə hücumunu gecə boyu dəf edib: "Təəssüf ki, itkilərimiz və ciddi nəticələrimiz var. Təcili yardım xidmətləri işlərini başa vurduqdan sonra hər şeyi bildirəcəyik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 23 İyul 2026 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















