Ukrayna Wildberries anbarlarına zərbələri davam etdirir
Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.
Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra Yekaterinburqda yerləşən "Wildberries" anbarında yanğın başlayıb.
Hurriyyet.Media Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə RWB-nin mətbuat xidməti məlumat yayıb.
Şirkətdən bildiriblər ki, obyektin əməkdaşları təxliyə ediliblər. Hadisə yerində yanğınsöndürmə briqadaları işləyir. "Cari tədarüklərin qəbulu müvəqqəti olaraq məhdudlaşdırılaraq digər obyektlərə istiqamətləndirilib", - məlumatda qeyd olunub.
Sverdlovsk vilayətinin qubernatoru Denis Pasler pilotsuz uçuş aparatı təhlükəsi barədə məlumat verərək təhlükəsizlik məqsədilə mobil rabitəyə məhdudiyyətlərin tətbiq edilə biləcəyini qeyd edib.
Rusiya Prezidentinin Ural Federal Dairəsindəki nümayəndəsi Artyom Joqa bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin PUA hücumu nəticəsində yanğının baş verdiyi Yekaterinburqdakı "Wildberries" obyektindən 800 nəfər təxliyə edilib. Zərərçəkən yoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 22 Avqust 2026 00:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















