Icma.az
close
up
RU
Ukrayna yalnız müharibədən ibarət deyil Kuleba WUF13 də DANIŞDI

Ukrayna yalnız müharibədən ibarət deyil Kuleba WUF13 də DANIŞDI

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

WUF13-də iştirak edən Ukrayna Baş nazirinin müavini, icmalar və ərazilərin inkişafı üzrə nazir Oleksiy Kulebanın APA İnformasiya Agentliyinə müsahibəsi

Azərbaycandan olan dostlarımız bizə kömək edir, dəstək göstərirlər

— Cənab nazir, WUF13-ün Ukrayna üçün əhəmiyyəti nədir?

— Ümumdünya Şəhərsalma Forumuna ilk dəfədir qatılırıq. Əlbəttə, bu, Ukrayna üçün çox vacibdir, çünki biz müharibə davam etdiyi halda ölkəmizi transformasiya etməyə davam edirik və əlbəttə, bu, bizim üçün dünyaya Ukraynada nələrin baş verdiyini göstərmək üçün bir imkandır.

Təəssüf ki, dağıdılmış və ya zədələnmiş evlərimizi, obyektlərimizi göstəririk. Amma digər tərəfdən, biz göstərə bilirik ki, tək deyilik. Tərəfdaşlarımız, dostlarımız, o cümlədən Azərbaycandan olan dostlarımız bizə kömək edir, dəstək göstərirlər.

Məhz bunun sayəsində Ukraynanın bərpasında mühüm nəticələr əldə etmişik. Düşünürəm ki, bu rəqəmlər min sözdən daha çox şey deyir. Çünki Borodyanka kimi layihələrimiz var və orada bərpa üçün kompleks yanaşmadan istifadə edə bilirik.

Həmçinin “Hansen Housing Initiative” kimi layihələrimiz var. Bu, Ukraynaya 20 milyon dollardan çox vəsait ayıran amerikalı bir vətəndaşın təşəbbüsüdür. Biz Donetsk bölgəsindən və Ukraynanın digər bölgələrindən köçkün düşmüş insanlar üçün möhtəşəm yaşayış evləri inşa edirik.

Biz müxtəlif əməkdaşlıq imkanları axtarırıq

— Azərbaycanın Qarabağdakı bərpa təcrübəsindən faydalanmağı planlaşdırırsınız?

— Əlbəttə, biz müxtəlif əməkdaşlıq imkanları axtarırıq. Yalnız bərpa sahəsində deyil, həm də infrastruktur və iqtisadi sahələrdə yeni layihələr üzərində işləyirik.

Əgər Azərbaycanın bərpa təcrübəsinin Ukraynada tətbiqindən danışırıqsa, düşünürəm ki, bunlar fərqli bərpa növləridir. Çünki Ukraynada müharibə hələ də davam edir. Bu gün təəssüf ki, cənub bölgələrimizə, Odessa və digər şəhərlərə kütləvi dron hücumu olub. Buna görə də, təəssüf ki, bu vəziyyətləri müqayisə edə bilmərik.

Amma bizim məhsuldar əməkdaşlığımız var və əminəm ki, bu, gələcək əməkdaşlığımız üçün yalnız ilk addımdır.

Bizim əsas prioritetlərimizdən biri Ukraynaya investisiya yatırılması və maliyyənin cəlb edilməsidir

— Ukraynanın bərpasına xarici investorların maraq səviyyəsi necədir?

— Heç bir dövlət vəsaiti, tərəfdaşlarımızın, dostlarımızın və müttəfiqlərimizin maliyyə dəstəyi belə bütün ehtiyacları tam şəkildə qarşılaya bilməz. Əlbəttə, bu baxımdan dövlət-özəl tərəfdaşlığı əsas məsələdir və hökumət olaraq bizim əsas prioritetlərimizdən biri Ukraynaya investisiya yatırılması və maliyyənin cəlb edilməsidir. Bu sahədə Çornomorsk limanının konsessiyası kimi çox yaxşı nümunələrimiz var. Keçən il bu konsessiya üçün hazırlıqlara başladıq və indi artıq yekun mərhələdəyik. Deyə bilərəm ki, dünyanın ən böyük şirkətləri bu prosesə qoşulub və bu da dünya şirkətlərinin Ukraynaya marağının nəticəsidir. Bu, bir növ şirkətlərin Ukraynaya investisiya qoymağa hazır olduqlarının göstəricisidir.

Bizim bütün təcrübəmiz və biliklərimiz dünya üçün çox faydalı olacaq

— Ukraynanın WUF13-də dünyaya mesajı nədir?

— Bizim mesajımız çox sadədir: Ukrayna yalnız müharibədən ibarət deyil. Ukrayna həm də infrastruktur və mənzil sahəsində dayanıqlılığın yeni lideridir. Çünki bizim bütün təcrübəmiz və biliklərimiz dünya üçün çox faydalı olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://lent.az
archiveBu xəbər 18 May 2026 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri