Icma.az
close
up
RU
Ukrayna yeni dronlarla Rusiyanın arxa cəbhəsində logistikanı hədəfə alır

Ukrayna yeni dronlarla Rusiyanın arxa cəbhəsində logistikanı hədəfə alır

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukraynanın orta mənzilli zərbə dronları Rusiyanın əvvəllər təhlükəsiz hesab edilən arxa cəbhə ərazilərini risk zonasına çevirib.

Bizimyol.info xəbər verir ki, "Business Insider"in yazdığına görə, yeni texnologiyalar Ukrayna qüvvələrinə cəbhədən uzaqda yerləşən hərbi obyektlərə və logistika xətlərinə zərbələr endirməyə imkan verir.

Keçmiş dron operatoru, hazırda 413-cü RAID pilotsuz sistemlər alayında analitik kimi çalışan Dmitri Jlutçenkonun sözlərinə görə, Ukrayna dronlarına Starlink rabitə sistemlərinin inteqrasiyası onların imkanlarını genişləndirib. Bu, aparatların düşmənin əsas nəqliyyat yollarına çıxmasına və uzun məsafələrdə fəaliyyət göstərməsinə şərait yaradır.

Jlutçenko bildirib ki, bu üsulla Ukrayna qüvvələri Rusiya ordusunun arxa təminatında ciddi problemlər yarada bilir. Onun sözlərinə görə, hərbi yüklərlə dolu magistrallarda hədəf tapmaq çətin deyil və həmin ərazilərdə hərəkət artıq yüksək risk daşıyır.

Nəşrin məlumatına görə, yeni orta mənzilli dronlar qısa məsafəli FPV aparatları ilə uzaqmənzilli zərbə sistemləri arasında mühüm boşluğu doldurur. Bu dronlar cəbhədən təxminən 20–300 kilometr məsafədə yerləşən anbarları, nəqliyyat qovşaqlarını, texnikanı və komanda məntəqələrini hədəfə ala bilir.

Analitiklər hesab edirlər ki, Ukraynanın dron hücumları Rusiyanın hava hücumundan müdafiə sistemlərinə əlavə ağırlıq yaradır. Moskva böyük əraziləri qorumaq üçün daha çox resurs ayırmalı olur.

Ukrayna tərəfi bildirir ki, orta mənzilli zərbə dronlarının istifadəsi genişlənir və bu istiqamət ordunun əsas prioritetlərindən biri olaraq qalır. Bununla yanaşı, hərbi ekspertlər qeyd edirlər ki, dronlar müharibənin gedişinə təsir göstərsə də, təkbaşına ərazi azad etmək üçün kifayət etməyə bilər.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 21 İyul 2026 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see397

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see381

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see314

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see296

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see293

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see284

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see271

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see265

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see264

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see251

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see235

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see234

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see229

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see228

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see227

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see224

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see221

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see215

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see215

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri