Icma.az
close
up
RU
“Ukraynada atəşkəsə bir neçə gün ərzində nail olmaq olar“ ABŞ Dövlət katibi

“Ukraynada atəşkəsə bir neçə gün ərzində nail olmaq olar“ ABŞ Dövlət katibi

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Avropanın Ukraynanın təhlükəsizliyini təmin etməyə dair vədləri sülh danışıqlarının bir hissəsi olacaq..."

Əgər Rusiya razılıq verərsə, Ukraynada atəşkəs rejimi bir neçə gün ərzində tətbiq oluna bilər.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio bildirib. Məlumatı "The New York Times" nəşri yayıb.

Qeyd olunur ki, o, bu həftə Kanadada keçiriləcək görüşdə G7 ölkələrinin diplomatlarını müharibənin dayandırılmasına fokuslanmağa vadar etməyi planlaşdırır.

"Biz dünyanın bir neçə gün ərzində necə görünməsini istərdik: tərəflər bir-birinə atəş açmır- nə raketlərlə, nə mərmilərlə, nə güllələrlə, heç bir silahla, nə də artilleriya ilə. Atəş dayandırılır, döyüşlər sona çatır və danışıqlar başlayır", - Dövlət katibi deyib.

Onun sözlərinə görə, ABŞ rəsmiləri çərşənbə günü Rusiya rəsmiləri ilə əlaqə saxlayaraq təklif olunan atəşkəsi müzakirə etməyi planlaşdırır. "Əgər onların cavabı mənfi olarsa, bu, olduqca təəssüf doğuran bir hal olacaq və onların niyyətlərini tam aydınlaşdıracaq", - o, əlavə edib.

Rubio qeyd edib ki, keçən ay o, Uolts və Stiv Vitkoff ilə birlikdə Səudiyyə Ərəbistanında rusiyalı rəsmilərlə görüşüb və həmin vaxt rusların müharibənin həlli ideyasına açıq göründüyünü bildirib: "Onlar müəyyən olunmamış düzgün şəraitdə bu münaqişəyə son qoymağa hazır olduqlarını ifadə etdilər".

O, G7 sammitindəki əsas məqsədlərindən birinin Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiyanı sülh danışıqlarını təşviq etmək üçün vahid cəbhənin yaradılması olduğunu deyib.

Onun sözlərinə görə, sammitin yekunu olaraq "ideal bəyanat" belə olardı: "Amerika Birləşmiş Ştatları sülh naminə yaxşı bir iş görüb, bu prosesi irəli aparıb və indi hamımız Rusiyanın cavabını gözləyirik. Biz onu bütün hərbi əməliyyatları dayandırmağa, insanların ölümünü dayandırmağa, atəşkəsə nail olmağa və davamlı sülh yolunu tapmağa çağırırıq".

Rubio bildirib ki, Ukrayna rəsmiləri istənilən danışıqlarda bir neçə əsas məsələnin müzakirə olunmasını təmin etmək istəyir. Bunlara hərbi əsirlərin mübadiləsi, Rusiyanın oğurladığı ukraynalı uşaqların azad edilməsi və humanitar yardım daxildir.

Ukraynanın gələcəkdə Rusiya hücumlarını önləmək üçün təhlükəsizlik təminatları ilə bağlı sorğusuna ABŞ-ın mövqeyi barədə sualı cavablandıran Rubio sadəcə olaraq bildirib ki, "çəkindirici tədbirlər sülh danışıqlarının bir hissəsi olacaq".

Rubio vurğulayıb ki, Avropanın Ukraynanın təhlükəsizliyini təmin etmək vədinin də sülh danışıqlarına daxil ediləcəyi gözlənilir. O, qeyd edib ki, bu ölkələrin danışıqlara nə vaxt daha fəal şəkildə qoşulacağı hələlik bəlli deyil, baxmayaraq ki, Avropa ölkələri, əgər razılaşma olarsa, nizamlama prosesində əsas oyunçular olacaqlarını vurğulayır.

Dövlət katibi prezident Trampın son ticarət tariflərinə görə ABŞ-ın müttəfiqləri tərəfindən düşmən münasibət görəcəyi ilə bağlı istənilən fərziyyələri əhəmiyyətsiz hesab etdiyini bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Mart 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri