Ukraynada səfərbərlik yaşının 50 55 ə endirilməsi müzakirə olunur
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Ukraynada səfərbərlik yaşının 50-55-ə endirilməsi haqqında müzakirələr gedir.
Bunu Ukrayna Ali Radasının Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin katibi Roman Kostenko “Ukrainskaya Pravda”ya deyib.
Onun sözlərinə görə, məsələ Ukrayna ordusunun Baş Qərargahında müzakirə olunur, hələlik yekun qərar yoxdur.
Kostenko bildirib ki, səfərbərlik yaşının azaldılması qanunvericilikdə dəyişikliyə ehtiyac yaratmır və rəhbərliyin müvafiq qərarı bunun üçün kifayət edir.
O, səfərbərlik yaşının 25-dən aşağıya endirilməsinin isə hazırda gündəmdə olmadığını və bunun üçün qanunvericilikdə dəyişiklik edilməli olduğunu vurğulayıb.
Qeyd edək ki, hazırda Ukraynada 60 yaşa qədər şəxslər səfərbərliyə cəlb oluna bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 24 Avqust 2026 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















