Icma.az
close
up
RU
Ukraynadakı diasporumuz toplandı, İdarə Heyəti genişləndi FOTO

Ukraynadakı diasporumuz toplandı, İdarə Heyəti genişləndi FOTO

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, UABD İdarə Heyətinin üzvləri, diaspor fəalları, tanınmış iş adamları, ziyalılar və müharibədə iştirak edən Azərbaycan əsilli hərbçilər iştirak edib.

Bakupost.az xəbər verir ki, tədbirdə Ukrayna Ali Radası sədrinin müşaviri, UABD sədri Hikmət Cavadov çıxış edərək çətin müharibə şəraitində fəaliyyət göstərmələrinə baxmayaraq Azərbaycan icmasının davamlı olaraq bir araya gəldiyini, soydaşlarımızla bağlı qarşıya çıxan problemləri həll etdiklərini, vilayətlərdə fəaliyyət göstərən nümayəndəliklərlə təmasda olduqlarını bildirib. H.Cavadov qeyd edib ki, azərbaycanlılar hər zaman olduğu kimi bu ağır müharibə günlərində də ukraynalıların yanında durmağı bacardı: “Cənab Prezident İlham Əliyevin tapşırığı ilə Ukraynaya göndərilən yardımlarla yanaşı, burda yaşayan və Azərbaycan diasporunun çətiri altında birləşən soydaşlarımız da Ukraynaya mütəmadi dəstək göstərir, müharibədə düşmənə qarşı onlarla çiyin-çiyinə vuruşurlar”.

İdarə Heyətinin üzvləri Rusiyanın Ukraynaya təcavüzündən danışıblar, müharibə iştirakçısı olan ukraynalılara və azərbaycanlılara göstərilən dəstəyin bundan sonra da davam edəcəyi barədə qərar qəbul olunub.

Toplantıda müharibə şəraitində olan Ukraynada yaşayan azərbaycanlıların qarşılaşdıqları problemlərə toxunulub, Azərbaycanın Ukraynadakı səfirliyi və konsulluq xidmətinin soydaşlarımızla iş prinsipi, onlara göstərilən qayğı yüksək qiymətləndirilib.

Toplantıda "Ukrayna-Azərbaycan Müharibə Döyüşçüləri Qardaşlıq Cəmiyyəti"nin həmsədri Vidadi İsrafilov UABD-nin sədr müavini seçilib. Bundan başqa diaspor fəaliyyətində xüsusi fəallığı ilə seçilən və aralarında iş adamı, elm xadimi, hərbçi, Ukrayna Silahlı Qüvvələrinə dəstək verən könüllülərdən ibarət daha 10 nəfər İdarə Heyətinə qəbul olundu.

UABD tərəfindən maliyyələşdirilən Azərbaycan Evində baş tutan toplantıda həmçinin həyata keçiriləcək layihələr müzakirə edilib. Bu layihələr sırasında Azərbaycanın təbliği, aktiv müharibə bölgələrində yaşayan soydaşlarımıza dəstək, dünyasını dəyişən və yaralanan azərbaycanlıların övladlarının təhsil məsələləri xüsusi yer tutub.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 Fevral 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri