Icma.az
close
up
RU
Ukraynalı ekspert: Donald Trampın Ukrayna və Rusiya prezidentləri ilə danışması sülh üçün müsbət mesajdır

Ukraynalı ekspert: Donald Trampın Ukrayna və Rusiya prezidentləri ilə danışması sülh üçün müsbət mesajdır

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Donald Trampın Amerika Prezidenti seçiləndən dərhal sonra aydın idi ki, Bayden administrasiyası dövründə Ukrayna ilə bağlı yürüdülən dəstək siyasəti dəyişəcək. Aydındır ki, Baydendən fərli olaraq, Tramp Rusiya Prezidenti Putinlə danışıqlara hazırdır. Artıq məlumdur ki, bu danışıqlar baş tutub. Tramp Putinlə danışandan dərhal sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə də telefonla danışıb. Bu telefon zəngi bir saata yaxın davam edib. Bu, münaqişənin həlli istiqamətində danışıqların başlanması üçün müsbət mesajdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında ukraynalı politoloq İvan Us söyləyib.

İvan Us hesab edir ki, Donald Trampın səylərinə baxmayaraq, münaqişənin tezliklə həlli çətin görünür.

“Tramp münaqişənin həlli üçün problemi tez həll etmək istəsə də, ABŞ Müharibənin Araşdırılması İnstitutunun açıqlamasında görə, Rusiya hər hansı güzəştə hazır deyil. Rəsmi Moskva müharibənin əvvəlində elan etdiyi məqsədə çatmaq istəyində olduğunu bildirir. Ukrayna isə bu planda danışıqlara, görüşlərə hazır deyil. Ukrayna sülh danışıqları istəsə də, danışıqlar xatirinə müharibə vaxtı törədilən cinayətləri, vəhşilikləri, maddi ziyanları unutmayacaq. Hələ 2024-cü ilin sentyabrında müharibə nəticəsində Ukraynaya dəyən maddi ziyan 1 trilyon 164 milyard dollar qiymətləndirilib. Ona görə düşünmürəm ki, Ukrayna Rusiyanın istəyini qəbul etsin”, - deyə ukraynalı ekspert əlavə edib.

Politoloqun fikrincə, sözsüz ki, danışıqlarda ABŞ-la yanaşı, Avropa ölkələri də iştirak etməlidir və edəcək.

“Amerika rəsmiləri özləri də deyirlər ki, ABŞ münaqişənin həllində birbaşa fəal rol oynamayacaq, Avropa ölkələri vasitəsilə münaqişənin həllinə çalışacaq. Sözsüz ki, Amerikadan yenə də silah, maliyyə yardımı istəniləcək, ancaq çox güman ki, bu yardımlar olmayacaq. Ukrayna üçün sərfəli sülhün olması və ya münaqişənin həlli ilə bağlı Rusiyadan kompensasiyanın istənilməsi danışıqların ikinci mərhələsi ola bilər. Ancaq Ukrayna başa düşür ki, Rusiyanın məqsədi bu ölkəni tamamilə məhv etməkdir. Uzunmüddətli, etibarlı sülhün əldə olunması üçün Rusiya dövlətinin fəlsəfəsi və indiki hakimiyyət dəyişməlidir. Ona görə də Ukrayna tərəfdaş ölkələrlə işləməkdə davam edəcək. Bildirəcək ki, ya etibarlı sülhə nail olunmalıdır, ya da sülh xatirinə sülhün bağlanması mümkünsüz olacaq”, - deyə İvan Us vurğulayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Fevral 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see226

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see223

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see219

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see214

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see203

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see203

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see177

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see173

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see165

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see163

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see155

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see148

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see146

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see144

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see144

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see143

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see141

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see140

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see133

Hər gün bir stəkan içən qocalmır

18 Dekabr 2025 06:06see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri